Icma.az
close
up
RU
Avropa, ABŞ və Ukrayna: Maliyyə müharibəsi və diplomatik gərginlik

Avropa, ABŞ və Ukrayna: Maliyyə müharibəsi və diplomatik gərginlik

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Ukrayna prezidenti Vladimir Zelenskinin Brüsseldə Avropa Şurasının sammitində verdiyi açıqlamalar, həm regional, həm də qlobal siyasət üçün mühüm əhəmiyyət kəsb edir.

Zelenski istənilən ərazi güzəştinə qarşı qəti mövqe nümayiş etdirərək, atəşkəsin mümkünlüyünü vurğulasa da, Rusiya üzərində təzyiqin davam etdirilməsinin vacibliyini qeyd edib.

Bu yanaşma yalnız Ukraynanın suverenliyinin qorunmasına xidmət etmir, eyni zamanda Rusiya ilə gələcək diplomatik və hərbi addımların istiqamətini də müəyyənləşdirir.

Eyni zamanda, Avropa Birliyi ilə əməkdaşlıq çərçivəsində Ukraynanın mövqeyi və strateji ssenariləri yeni müzakirələrə yol açır.

Bu kontekstdə, Zelenskinin mövqeyi Rusiya üçün həm hərbi təzyiq, həm də diplomatik dialoq baxımından yeni imkanlar və çağırışlar yaradır.

Bu mövqe Rusiyanın gələcək hərbi və diplomatik addımlarına necə təsir göstərə bilər və Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Ukrayna üçün hansı ssenarilər mümkündür?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Avropa İttifaqı, Rusiya və Ukrayna məsələsində ABŞ-nin son maliyyə əməliyyatlarından sonra Avropa İttifaqı demək olar ki, ikili vəziyyətə düşüb:

"Müharibənin maliyyələşdirilməsi əvvəl Bayden dövründə əsasən ABŞ üzərində idi. Lakin Bayden getdikdən sonra, Tramp dönəmində ABŞ tədricən bu maliyyə yükündən azad olur və bu yük Avropa İttifaqının üzərinə düşür".

Əziz Əlibəyli: Görünən odur ki, bir çox Avropa ölkəsi bu vəsaitin Belçikadan çıxarılaraq öz silahlanmalarına sərf edilməsini planlaşdırır

Müsahibimizin sözlərinə görə, Zelenski Brüsseldə Avropa Şurası sammitində istənilən ərazi güzəştinə qarşı olduğunu bildirib və atəşkəsin mümkün olduğunu qeyd edib:

"Lakin ayın 30-u Trampla Simpinin görüşü planlaşdırılıb və bu vaxta qədər Rusiyanın ciddi itkilərinə hesablanmış hərbi əməliyyatların davam etdirilməsi gözlənilir. Bu kontekstdə Ukrayna yalnız ABŞ dəstəyindən asılıdır və Avropa İttifaqı və digər Avropa qurumları hələ ciddi mövqe formalaşdıra bilməyib".

Həmsöhbətimiz əlavə edib ki, bununla yanaşı, unikal bir məqam da var:

"Avropanın hərbi xərcləri artdıqca, Belçikada saxlanılan Rusiya aktivləri qeyri-qanuni olaraq Ukrayna üçün yaradılmış müharibə fonduna yönəldilir. Lakin görünən odur ki, bir çox Avropa ölkəsi bu vəsaitin Belçikadan çıxarılaraq öz silahlanmalarına sərf edilməsini planlaşdırır. Avropa daxilində belə bir maliyyə müharibəsi getməkdədir və bu kontekstdə iki vacib məqam önə çıxır: Ukraynada Zelenskinin də həmin 300 milyardı tələb etməsi və bu məsələlərin sammitlər və ittifaqlar çərçivəsində müzakirə olunması".

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Oktyabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri