Icma.az
close
up
RU
Avropa Amerika ilə “sərt dialoqa” hazırdır

Avropa Amerika ilə “sərt dialoqa” hazırdır

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

AzVision.az“Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Baltikyanı ölkələrin elektrik sisteminin kontinental Avropa sistemi ilə sinxronlaşdırılmasına həsr olunmuş mətbuat konfransında belə deyib.
“Aydındır ki, biz Avropa İttifaqı (Aİ) miqyasında müdafiəni gücləndirməliyik. NATO ölkələri arasında ÜDM-ə nisbətdə müdafiəyə ən çox pul xərcləyən Estoniya, Litva, Latviya və Polşanı misal göstərmək olar. Amma müasir şəraitdə müharibə aparmaq böyük çətinliklər, texnoloji problemlər və koordinasiya ilə bağlıdır. Ölkələr təkbaşına bunun öhdəsindən gələ bilməz”, - AK-nin sədri bildirib.
Onun sözlərinə görə, Aİ dövlətləri “qarşılıqlı işləmə qabiliyyətini artırmaq və xərcləri azaltmaq üçün” daha sıx əməkdaşlığa ehtiyac duyacaqlar. Bu konekstdə, AK Avropa müdafiəsinin gələcəyinə dair Ağ Kitab hazırlayır və onu martın ortalarına qədər Aİ liderlərinə təqdim edəcək. Çünki dünya sürətlə dəyişir və Avropanın çoxdankı müttəfiqi olan ABŞ isə yeni gündəm müəyyənləşdirib.
Ursula fon der Lyayen iddia edib ki, Aİ Vaşinqtonla münasibətlərdə potensial problemləri görür və onlara cavab verməyə hazırdır.
- Aİ ABŞ ilə sərt, lakin konstruktiv dialoqa hazırdır. Lakin biz ABŞ-lə münasibətlərdə potensial problemləri də etiraf edirik və buna hazırıq. Haqsız və ya özbaşına hücumlar olarsa, Aİ qətiyyətlə cavab verəcək. Biz öz çətinliklərimizin olduğunu tam dərk edirik, onları aradan qaldırmalıyıq. Biz ev tapşırığımızla məşğul olmalıyıq - diqqəti Aİ-nin rəqabət qabiliyyətinə yönəltməliyik”, - AK sədri döyüşkən mövqe sərgiləyib.
AK-nin sədrinə qarşı min nəfər iddiaçı var Amma Urusla fon der Lyayenin belə “cəsarətli” bəyanatı heç də inandırıcı görünmür. Bu, mahiyyət etibarı ilə vassalın öz süzereninə qarşı “qiyam”a qalxmasına bənzəyir. Halbuki, İkinci Dünya müharbəsindən sonra məhz ABŞ-nin yaratdığı və bu gqnə qədər də onun təmin etdiyi təhlükəsilik çətirinin altınfa çımxaq üçün Avropanın nə siyasi iradəsi, nə də ki, imkanları var.
Xüsusilə də, Vaşinqtonun sərt təzyiqi altında ucuz ənənəvi enerjidaşıyıcılarından imtina etidkdən sonra Aİ iqtisadiyyatının tənəzzülə uğraması fonunda. Ən azı bu baxımdan, hazırda əhəmiyyətli dərəcədə ABŞ-dən xeyli baha qiymətə alınan maye qazdan asılılıq AK sədrinin “sərt dialoqa hazır olmaq” barədə bəyanatının kəsərini sıfıra endirir.
Nəhayət ki, Avropanın öz təhlükəsizliyinin təminatçısı rolunu öz əlinə götürmək məsələsinə gəldikdə isə, əvvəllər Urusla fon der Lyayendən qat-qay prinsipial mövqe sərgiləyən siyasi liderlər də bu problemi dəfələrlə gündəmə gətirsələr də son nəticədə kollektiv Qərbin lideri olan ABŞ-nin “təlqin”inindən sonra bu fikirdən əl çəkiblər. Ən əsası da ona görə ki, Rusiya və Çin “qorxusu” son məqamda qoca qitəni yenə də öz gənc övladının qucağına qısınmağa vadar edir.
Şəxsən AK sədrinin ritorikasını zəiflətmək üçün isə Vaşinqtonon əlində COVİD-19 pandemiyası zamanı 35 milyarda avro dəyərində “Pfizer” vaksinlərinin alınmasında yol verdiyi pozuntularla bağlı çox güclü silah var.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://azvision.az
archiveBu xəbər 10 Fevral 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri