Icma.az
close
up
RU
Avropa Amerika ilə münasibətlərində narahatdır ŞƏRH

Avropa Amerika ilə münasibətlərində narahatdır ŞƏRH

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Donald Trampın 28 maddəlik atəşkəs və sülh təklifində, xüsusilə Rusiya-Ukrayna müharibəsində Rusiyanın lehinə olan məqamların olduğu diqqətdən qaçırılmamalıdır. Çünki Donald Trump Amerika Birləşmiş Ştatları prezidenti olaraq Vladimir Putinlə keçirdiyi görüşlərdə, xüsusilə Alaska görüşündə Ukraynanın torpaq tələblərinə məcbur edilməsini və hal-hazırda Rusiyanın işğalı altında olan torpaqlar başda olmaqla Ukraynanın yeraltı və yerüstü resurslarının, qiymətli torpaq elementlərinin Amerika tərəfindən istismar edilməsi və imtiyazlar əldə edilməsinin təklif olunduğunu unutmaq olmaz".

Bu fikirləri Redaktor.az-a açıqlamasında türkiyəli politoloq İsmail Cingöz ABŞ Prezidenti Donald Trampın 28 bəndlik sülh planında ixtisarlar etməsindən danışarkən bildirdi.

Onun sözlərinə görə, Donald Trampın Rusiyanın lehinə olacaq şəkildə bir atəşkəs və sülh təklifini gündəmə gətirməsi, özlüyündə mühüm bir məsələdir:

"Həmçinin Avropanın maraqlarının Putinlə aparılan danışıqlarda Donald Tramp tərəfindən görməzlikdən gəlinməsi də unudulmamalıdır. Avropa ölkələri Ukraynanın zənginliklərinin təkbaşına Amerika tərəfindən istismar edilməsindən narahatdır. Eyni zamanda Trampın Ukraynanın torpaq itkiləri ilə bir atəşkəsə və sülhə razı olmağa məcbur edilməsindən də narahatlıqlarını bildirirlər. Avropa ölkələri Ukraynanın ərazi bütövlüyü təmin edildiyi təqdirdə atəşkəs və sülh təkliflərinə müsbət yanaşacaqlarını dəfələrlə ifadə ediblər. Çünki Rusiya-Ukrayna müharibəsinin sonunda qalib gəlmiş bir Rusiya Avropa ölkələrinə hücum edə bilər və bu, Avropa üçün böyük bir təhlükə yaradır. Bundan əlavə, Avropa ölkələri öz suverenlik haqları və təhlükəsizlik təminatlarını artıran maddələr üzrə də narahatlıq keçirirlər. Bu narahatlıq Avropanın mövqeyinin dəyişməsinə və Donald Trampın təkliflərinə qarşı müxtəlif təkliflər irəli sürmələrinə səbəb olub. Belə ki, Almaniya, Fransa, İngiltərə və Ukrayna nümayəndə heyətləri 23 noyabrda Cenevrədəki görüşlərində Amerikanın tələblərindən, xüsusən də Rusiyanın maraqlarına xidmət edən maddələrdən vaz keçilməsi üçün ciddi səylər göstəriblər. 24 noyabrda alman mətbuatında Amerikanın bəzi maddələrdən geri çəkildiyi barədə məlumatlar yayılmağa başlayıb. Eyni zamanda İngiltərə, Fransa və Almaniyanın xarici işlər nazirləri birgə açıqlama verərək, Amerikanın tələblərindən bəzi maddələrin çıxarıldığını və Avropanın maraqlarının qorunduğunu bəyan ediblər. Beləliklə, müzakirələrin sonunda, təklif olunan maddələr 19-a endirilib".

Politoloq əlavə etdi ki, hansı maddələrin tam olaraq çıxarıldığı və hansı maddələrin hələ də gündəmdə olduğu barədə dəqiq məlumatlar hələ beynəlxalq mətbuata təqdim olunmayıb:

"Lakin İngiltərə, Fransa və Almaniyanın Avropanın maraqlarını və suverenlik haqlarını qoruduqlarını bəyan etmələri Amerika və Rusiyanın bəzi ikitərəfli anlaşmalarından vaz keçildiyini göstərir. Avropa ölkələri Trampın tələblərinin əksinə olaraq, Rusiya-Ukrayna müharibəsində atəşkəsin bərabərlik prinsipinə əsaslanaraq Ukraynanın maraqlarının da qorunmasını istəyirlər. Bununla yanaşı, Avropanın əsas narahatlığı Amerikanın Ukraynanı yalnız öz maraqları naminə istismar etməyə çalışmasıdır. Bu narahatlıq həm də Avropanın enerji məsələsində Rusiyaya bağlılığından qaynaqlanır. Avropa Rusiyadan alınan enerji mənbələrinin beş qat baha qiymətlə Amerika tərəfindən satılmasına məcbur edilir və bu, Avropanı əlavə çətinliklərə salır".

Müsahibimizin sözlərinə görə, Avropa həm iqtisadi, həm də siyasi baxımdan Amerika ilə münasibətlərində narahatdır. 

"Avropa ölkələri dünyada mövcud qlobal iqtisadi böhran şəraitində artıq Amerikadan enerji ixracında çətinliklər yaratdığını hiss edirlər. Amerika enerji ixracını beş qat baha qiymətlə həyata keçirərkən, Avropanın bu vəziyyətdən əziyyət çəkdiyi açıq şəkildə görünür.

Nəticə etibarilə, Rusiya-Ukrayna müharibəsi ilə bağlı Amerika həm öz maraqlarını qorumaq, həm də Rusiyanın maraqlarını Ukrayna və Avropa əleyhinə müdafiə etmək məqsədilə təqdim etdiyi 28 maddəlik təklifi Avropanın ciddi müqaviməti ilə 19 maddəyə endirdi. Burada əsas məsələ Avropanın Amerikanın təkliflərinə qarşı duyduğu narahatlıq və Rusiyadan gələn təhlükəsizlik təhdididir", - deyə İsamil Cingöz yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Noyabr 2025 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

29 İyul 2026 10:23see448

Qarpız zəhərlənməsi: “Bu il...”

29 İyul 2026 13:10see336

Dayılarına ev almaq üçün BOT yaratdı, MİDA nın sisteminə müdaxilə etdi

29 İyul 2026 14:21see300

Heyvan sizi dişlədisə, dərhal nə etməlisiniz? Nazirliyin mütəxəssisi izah edir

29 İyul 2026 15:55see292

Beşiktaş serbiyalı ulduzu hədəf aldı Vinçentso İtalyano amili işə yarayacaq?

29 İyul 2026 13:16see289

​“Wildberries” Rusiyadan bu ölkəyə qaçır Şirkətə heç kim icarəyə anbar vermək istəmir

29 İyul 2026 10:57see256

Beyləqan Xəstəxanasında yeni təyinat

29 İyul 2026 14:00see251

Xırda məmurlar Prezidentə qarşı: Qayıbov, Qurbanov, Nəsirli. Sırada kim var?

29 İyul 2026 12:25see248

“Azərpoçt”da böyük kadr dəyişikliyi Kimlər təyin olundu?

30 İyul 2026 14:34see239

Azərbaycanın maliyyə sistemi sağlam və möhkəmdir

29 İyul 2026 11:54see237

Dövlət Agentliyi media nümayəndələrinə təlim keçmək üçün 87 min manat xərcləyəcək

30 İyul 2026 09:36see236

Avropa federasiyaları FIFA nı və dünya çempionatını boykot edə bilər

29 İyul 2026 05:59see222

Qarabağ Universiteti tələbələrinə Türkiyə diplomu veriləcək

30 İyul 2026 13:03see212

Penza vilayətində Wildberries anbarına PUA hücumu olub, xəsarət alan var

30 İyul 2026 08:05see211

“Kürü keçək?!” açıq suda üzmə yarışı keçiriləcək

30 İyul 2026 00:07see209

Türk dünyasının birliyi

30 İyul 2026 15:43see191

Rəşad Sadıqov: Rəqibin planı barədə məlumatımız yoxdur”

29 İyul 2026 15:23see188

167 milyon dollarlıq lotereya udan şəxs həbs edildi

29 İyul 2026 16:14see181

Kürd mərkəzi üç siyasətçidən DTX yə şikayət etdi

30 İyul 2026 00:58see180

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi İcra başçısı yerində tanış oldu FOTO

30 İyul 2026 20:06see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri