Icma.az
close
up
RU
Avropa ayılmalıdır, Rusiyadan qorunma vasitələri kifayət deyil Sky News

Avropa ayılmalıdır, Rusiyadan qorunma vasitələri kifayət deyil Sky News

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Aparıcı PUA-lara qarşı mübarizə vasitələri istehsalçısının rəhbəri bildirib ki, Avropanın Rusiyadan müdafiə üçün kifayət qədər imkanları yoxdur və qitə boyu təklif edilən "dronlara qarşı divarın” qurulması üçün minlərlə sistem lazım olacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News”un Danimarkanın şimalında yerləşən Olborq şəhərindəki zavodu ziyarət edən müxbiri yazır.

Jurnalistlərin sözlərinə görə, ötən həftə, böyük ehtimalla, rus dronlarının hədəf aldığı şəhərlərdən biri məhz bura olub və nəticədə ölkənin hava məkanı bir neçə saatlıq bağlanıb.

"Qorunma üçün lazım olan qurğuların sayı çoxdur, amma bu günədək çox az quraşdırılıb. Bu, "divarın” nə qədər müddətə inşa olunmasından asılıdır, lakin tipik bir hava limanını götürsək, onun qorunması üçün, məsələn, 10 [aşkarlama sistemi], sonra isə siqnalboğucu avadanlıq quraşdırmaq lazımdır. Yəni ümumilikdə bir neçə min qurğu tələb olunur”, – deyə MyDefence şirkətinin icraçı direktoru Dan Hermansen bildirib.

"Sky News” qeyd edir ki, bu şirkətin dronlara qarşı texnologiyası artıq Ukrayna ordusu tərəfindən cəbhədə Rusiya PUA-larına qarşı istifadə olunur.

Belə avadanlıq yaxınlaşan dronları izləyə, siqnalı tutub onları geri qaytara bilir. Bundan başqa, dronun markasını və modelini də müəyyənləşdirir. Son günlərdə digər ölkələrin hökumətləri də bu sensorların alınması ilə maraqlanıb.

"Hava limanları dünyada bu təhlükəni görməzlikdən gəldi. İllərlə heç kim buna ciddi diqqət ayırmadı, ona görə də ora investisiya etmək məqsədəuyğun sayılmırdı. Birdən məlum oldu ki, hava limanları bu təhlükə qarşısında son dərəcə həssasdır və indi hamı təcili tədbirlər görməyə çalışır. Hamı ayılıb deməlidir: "Yaxşı, bu, gələcəkdə kritik infrastrukturu qorumaq üçün davamlı üsul olmalıdır”, – deyə Hermansen xəbərdarlıq edib.

"Sky News” yekunlaşdırıb ki, hazırda NATO ölkələri yeni Rusiya təhdidlərinə yalnız onlar üzə çıxdıqca reaksiya verdikləri üçün geri qalır kimi görünür.

"İndi bu, dronların hücumudur. Amma Moskva demək olar ki, mütləq adaptasiya olacaq, taktikanı dəyişəcək və Avropanın müdafiə qabiliyyətini sınamaq üçün yeni yol tapacaq”, – materialda proqnoz edilir.

Daha əvvəl Danimarkanın baş naziri Mette Frederiksen Rusiyanın "hibrid müharibəsi” ilə bağlı NATO-nu ciddi addımlar atmağa çağırmışdı. Onun sözlərinə görə, dronlarla bağlı belə insidentlər "yalnız başlanğıcdır”.

"Biz çox açıq danışmalıyıq. Bu, yəqin ki, yalnız başlanğıcdır. Biz istəyirik ki, bütün avropalılar nəyin təhlükə altında olduğunu və nələrin baş verdiyini anlasınlar. Dronlar və ya kiberhücumlar peyda olduqda məqsəd bizi parçalamaqdır”, – deyə siyasətçi xəbərdarlıq edib.

Eyni zamanda "The Wall Street Journal” yazır ki, Danimarkada baş verən dronların hücumun arxasında nə dayanır və bunun Ukrayna ilə hansı əlaqəsi var. Jurnalistlərin fikrincə, Danimarka Ukraynanın ən qətiyyətli tərəfdarlarından biridir: Kiyevə bütün artilleriyasını verib, hərbi xərcləri artırıb və daim müttəfiqləri Rusiyaya qarşı daha qətiyyətli birliyə çağırır.

Buna görə də Avropa rəsmiləri hesab edirlər ki, Rusiya onları açıq təhdidlər vasitəsilə qarşıdurma riskini artıraraq, Ukraynaya dəstəyi azaltmağa məcbur etmək istəyir.

Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 Oktyabr 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see151

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see146

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri