“Putin müharibəni dayandırmağa deyil, genişləndirməyə hazırlaşır” “Sky News”
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya prezidentinin addımları Ukraynada müharibənin zəifləməsinə dair heç bir əlamət göstərmir və əksinə Kreml daha böyük hərbi aktivlik üçün hazırlıq aparır.
Bakupost.az “Sky News”a istinadən yazır ki, Rusiyanın müdafiə xərclərini azaltmaq və ölkəni normal vəziyyətə qaytarmaq istiqamətində heç bir planın olmaması, Moskvanın sadəcə fasilə götürdüyünü və yeni hücuma hazırlaşdığını göstərir.
Nəşrin təhlilinə görə, ölkəni hərbi rejimə keçirmək – səfərbərlik, büdcənin orduda cəmlənməsi, sənayenin silah və sursat istehsalına yönəldilməsi – böyük resurs tələb edir. Döyüşlər bitəndən sonra bu sistemi geri qaytarmaq da eyni dərəcədə çətin olduğundan, müdafiə göstəricilərinin azaldılmaması Rusiyanın müharibəni davam etdirmək niyyətini ortaya qoyur. Moskvanın döyüş tempini azaltmağa dair heç bir hazırlığının olmaması Putinin müharibənin zəifləməsini deyil, genişlənməsini gözlədiyini göstərir.
“Sky News” qeyd edir ki, Rusiyanın tam məğlubiyyəti yalnız ABŞ administrasiyasının mövqeyinin kəskin dəyişməsi və Kiyevə silah-sursat dəstəyinin ciddi şəkildə artırılması ilə mümkündür. Daha real variant kimi isə hazırkı təmas xətti boyunca döyüşlərin dayandırılması və təhlükəsizlik zəmanətləri ilə müşayiət olunan danışıqların başlanması göstərilir. Lakin bunun üçün Avropada xüsusilə Böyük Britaniya, Fransa və Almaniyada real hərbi hazırlıq vəziyyəti və müharibəyə hazır olma iradəsi tələb olunur ki, hazırda bu tendensiya müşahidə olunmur.
“Karnegi” Mərkəzinin eksperti Aleksandr Qabuyevin sözlərinə görə, Rusiyanın müharibəni daha 12-18 ay davam etdirməyə kifayət qədər maliyyə resursu var, amma əlavə sanksiyalar bu müddəti azalda bilər. BBC-nin analitiki Stiv Rozenberq isə bildirir ki, Putin Qərbi inandırmaq istəyir ki, illərlə davam edən müharibəyə, itkilərə və iqtisadi zərbələrə baxmayaraq, Kreml geri addım atmağa hazırlaşmır və müharibəni dayandırmaq niyyəti yoxdur.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Zelenski, Tramp və Putin bu həftə görüşə bilər Sky News
18 Avqust 2025 17:52
Sky News: “Trampın növbəti şousu”
14 İyul 2025 16:46
Sky News: “Uitkoff Putinlə dostlaşıb”
21 Fevral 2025 16:49
Putin, Szinpin, Kim Çen Çində böyük hərbi paradda birləşəcək Sky News
28 Avqust 2025 12:11
“Sky News” Ukraynadakı gizli dron fabrikində olub...
26 Avqust 2025 20:13
Baxış sayı:99
Bu xəbər 09 Dekabr 2025 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















