Icma.az
close
up
RU
Avropa Azərbaycan Mərkəzi: Mədəni irs müharibənin obyekti olmamalıdır BƏYANAT

Avropa Azərbaycan Mərkəzi: Mədəni irs müharibənin obyekti olmamalıdır BƏYANAT

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 19 aprel, AZƏRTAC

Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzi 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara və media qurumlarına ünvanlanan bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda beynəlxalq hüququn prinsiplərinin qorunmasının mədəni irsin müdafiəsində qlobal həmrəyliyin təşviqi baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd olunub, mədəni irsin qorunmasınının yalnız mədəniyyət məsələsi deyil, eyni zamanda, beynəlxalq hüququn vacib elementi hesab edilməklə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində baş vermiş ciddi hüquq pozuntularının diqqət mərkəzində saxlanması tələb olunub. Bildirilib ki, Ermənistanın 30 illik işğal dövründə Azərbaycanın ərazilərində həyata keçirdiyi sistemli vandalizm təkcə siyasi işğal aktı deyil, həm də beynəlxalq hüququn mədəni irsin qorunmasına dair birmənalı qadağalarını kobud şəkildə pozan bir mədəni soyqırımıdır.

Bu baxımdan Xocalı rayonunun Pirilər kəndindəki yerləşən qədim alban məbədindən hərbi məqsədlərlə istifadə edilməsinin bu pozuntuların konkret və sənədləşdirilmiş sübutlarından biri olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, Qafqaz Albaniyasının maddi-mədəni irsinin ayrılmaz hissəsi kimi xüsusi qorunan bu abidəni Ermənistan tamamilə dağıtması və ondan silah-sursat anbarı kimi istifadə etməsi Cenevrə Konvensiyasının və 1954-cü il Haaqa Konvensiyasının birbaşa pozulmasıdır.

Həmçinin bildirilib ki, işğal dövründə 437 tarixi abidə zədələnib, 68-i tamamilə dağıdılıb, 114-ü isə ciddi şəkildə zərər görüb. Dəymiş ümumi maddi ziyanın həcmi 700 milyon manatdan çoxdur.

“Azərbaycan azad edilmiş ərazilərdə bu abidələrin bərpası və mühafizəsi istiqamətində beynəlxalq öhdəliklərinə uyğun şəkildə ciddi fəaliyyət göstərir. Beynəlxalq təşkilatları, xüsusilə UNESCO və ICOMOS-u bu məsələdə daha fəal və prinsipial mövqe sərgiləməyə çağırırıq. Mədəni irsin dağıdılmasına qarşı səssizlik beynəlxalq öhdəliklərin yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Mədəni irs müharibənin obyekti olmamalıdır, onun hərbiləşdirilməsi insanlığın birgə mirasına qarşı yönəlmiş ağır hüquq pozuntusudur”, - deyə bəyanatda vurğulanıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Aprel 2025 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri