Icma.az
close
up
RU
Avropa Azərbaycan Mərkəzi Avropa Şurasının insan hüquqları üzrə komissarının qərəzli mövqeyi ilə bağlı bəyanat yayıb

Avropa Azərbaycan Mərkəzi Avropa Şurasının insan hüquqları üzrə komissarının qərəzli mövqeyi ilə bağlı bəyanat yayıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Berlin, 2 may, AZƏRTAC

Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzi Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O’Flahertinin ölkəmizin daxili hüquqi proseslərinə dair bəyanatı ilə bağlı etiraz bəyanatı yayıb.

Bu barədə AZƏRTAC-a Avropa Azərbaycan Mərkəzinin sədri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Zaur Əliyev məlumat verib.

Bəyanatda komissarın Azərbaycanın bəzi hüquqi və məhkəmə prosesləri ilə bağlı verdiyi bəyanatın hüquqi baxımdan qeyri-məqbul, beynəlxalq institutların mandatına zidd və tərəfsizlik prinsipinə uyğun olmayan açıqlama kimi qiymətləndirilib. Azərbaycanda həyata keçirilən hüquqi prosedurların əsaslandırılmadan sorğulanması, ölkənin müstəqil məhkəmə sisteminin fəaliyyətinə şübhə ilə yanaşılması və proseslərə siyasi çalar verilməsinin beynəlxalq hüququn əsas prinsipləri – o cümlədən dövlətlərin suveren bərabərliyi, milli yurisdiksiyaya müdaxilənin yolverilməzliyi və məhkəmə müstəqilliyi prinsipləri ilə açıq şəkildə ziddiyyət təşkil etdiyi vurğulanıb.

Beynəlxalq hüququn müvafiq norma və prinsiplərinə əsasən, hər bir dövlətin öz yurisdiksiyası çərçivəsində cinayət təqibini həyata keçirmək, beynəlxalq öhdəliklərə və ədalətli məhkəmə prinsiplərinə uyğun şəkildə icra edilməklə hüquqi məsuliyyət məsələlərini həll etmək hüququnun olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycanın hüquqi sistemi və məhkəmə orqanları bu öhdəliklərə hörmətlə yanaşmaqla yanaşı, son illərdə hüquqi islahatlar, məhkəmə sisteminin müasirləşdirilməsi və müstəqil məhkəmə institutlarının gücləndirilməsi sahəsində nəzərəçarpacaq addımlar atıb.

Həmçinin komissar vəzifəsinin mandatının siyasi ritorikaya deyil, faktlara əsaslanan təhlilə, məhkəmə materiallarının mövcudluğuna və müstəqil qiymətləndirmə mexanizmlərinə söykənməli olduğu qeyd edilərək, Maykl O’Flahertinin bəyanatının bu standartlardan uzaq olduğu, Azərbaycanın hüquq sisteminə qarşı əvvəlcədən formalaşmış qərəzli yanaşmanın təzahürü olduğu bildirilib.

Bildirilib ki, belə bəyanatlar təkcə bir dövlətin hüquqi sisteminə qarşı haqsız təzyiq deyil, həm də beynəlxalq insan hüquqları institutlarının etibarlılığına və legitimliyinə zərbədir. Əgər insan hüquqları sahəsində beynəlxalq institutlar siyasi motivlərdən uzaq durmaq niyyətindədirsə, bu cür yanaşmalardan imtina etməli, bütün üzv dövlətlərə münasibətdə balanslı və hüquqa əsaslanan mövqe nümayiş etdirməlidir.

Avropa Azərbaycan Mərkəzi Azərbaycanın suveren hüquqlarına və məhkəmə proseslərinə hörmətlə yanaşmaq, gələcək bəyanatlarda tərəfsiz və hüquqa əsaslanan yanaşma sərgiləməyə dair çağırış edib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see261

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see240

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see215

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see183

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see168

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see163

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see156

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see153

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see152

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see147

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see144

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see142

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see140

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see140

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see136

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri