Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

İnsan sağlamliğina verilən dəyər

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Avropa Azərbaycanın dəyərini anlayıb

Avropa Azərbaycanın dəyərini anlayıb

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan ilə Avropa İttifaqı arasında ikitərəfli münasibətlər daha da möhkəmlənir. 

İyunun 2-3-də Bakıda Azərbaycan və Avropa İttifaqının nümayəndə heyətləri arasında yeni hərtərəfli saziş layihəsi və 2026-2030-cu illəri əhatə edən Tərəfdaşlıq Prioritetləri sənədi üzrə danışıqlar aparılıb. 

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatında qeyd olunur ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Avropa İttifaqı tərəfinə isə Avropa Xarici Fəaliyyət Xidmətinin icraçı direktorunun müavini Audrone Perkauskiene rəhbərlik edib. 

Konstruktiv ruhda keçən müzakirələrin nəticəsində 2026-2030-cu illəri əhatə edən Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb. Yeni hərtərəfli saziş üzrə aparılan danışıqlar çərçivəsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələri Avropa İttifaqından olan həmkarları ilə birlikdə saziş layihəsinin müxtəlif bölmələri üzrə məhsuldar müzakirələr aparıb, bir sıra istiqamətlərdə irəliləyişlər əldə edilib və danışıqların növbəti mərhələləri ilə bağlı planlar müəyyən edilib. 

Görüşün yekununda tərəflər yeni ikitərəfli saziş layihəsi üzrə danışıqların onlayn və fiziki görüşlər formatında intensiv şəkildə davam etdirilməsi barədə razılığa gəliblər. Xatırladaq ki, 14 noyabr 2016-cı ildə Aİ Şurası Avropa Komissiyasına və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinə Azərbaycanla yeni saziş üzrə danışıqlar aparmaq üçün mandat verib. 

Sənəd 1996-cı il Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini əvəz etmək üçün nəzərdə tutulub. Yeni saziş üzrə danışıqlar 7 fevral 2017-ci ildə başlayıb. Azərbaycan və Aİ arasında strateji tərəfdaşlıq sazişi dörd komponentdən ibarətdir. 

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cümhuriyət” qəzetinə şərhində qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni hərtərəfli tərəfdaşlıq sazişi üzrə aparılan danışıqlar son illərdə tərəflər arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçməkdə olduğunu göstərir: 

“Danışıqlar təkcə siyasi əməkdaşlığı deyil, iqtisadi inteqrasiyanı, enerji təhlükəsizliyini, nəqliyyat-kommunikasiya əlaqələrini və regional sabitliyi əhatə edən geniş gündəliyi özündə birləşdirir. 

Bu baxımdan, Bakı və Brüssel arasında müzakirə olunan sənədlər gələcək əməkdaşlığın hüquqi və siyasi çərçivəsini müəyyənləşdirməyə xidmət edir. Hazırkı danışıqlarda əsas diqqət siyasi dialoqun institusional əsaslarının gücləndirilməsinə, iqtisadi əməkdaşlığın genişləndirilməsinə, investisiya mühitinin inkişafına, ticarət əlaqələrinin dərinləşdirilməsinə və enerji sahəsində strateji əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib. 

Eyni zamanda, rəqəmsal transformasiya, yaşıl enerji, iqlim dəyişiklikləri ilə mübarizə, təhsil, innovasiya və nəqliyyat dəhlizlərinin inkişafı kimi məsələlər də tərəfdaşlıq prioritetləri sırasında mühüm yer tutur. Xüsusilə 2026–2030-cu illəri əhatə edəcək Tərəfdaşlıq Prioritetləri sənədinin məhz bu istiqamətlər üzrə konkret fəaliyyət mexanizmlərini müəyyənləşdirməsi gözlənilir". R. Bayramov əlavə edib ki, Avropa İttifaqı üçün Azərbaycanın əhəmiyyətini şərtləndirən əsas amillərdən biri enerji təhlükəsizliyi məsələsidir:

“Son illər Avropanın enerji siyasətində baş verən dəyişikliklər, xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra alternativ enerji mənbələrinə ehtiyacın artması Azərbaycanın rolunu daha da yüksəldib. Azərbaycan Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətində mühüm tərəfdaş kimi çıxış edir. 

Xəzər hövzəsinin enerji ehtiyatlarının Avropa bazarlarına çatdırılmasında Azərbaycanın oynadığı rol Brüsselin Bakı ilə münasibətlərə strateji prizmadan yanaşmasına səbəb olur. Bununla yanaşı, Azərbaycanın geosiyasi mövqeyi də xüsusi əhəmiyyət daşıyır. 

Ölkə Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat qovşağı kimi çıxış edir. Xüsusilə "Orta Dəhliz" kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı fonunda Azərbaycanın tranzit potensialı Avropa üçün daha cəlbedici xarakter alıb. 

Avropa İttifaqı Asiya ilə ticarət əlaqələrinin genişləndirilməsində və təchizat zəncirlərinin təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu strateji üstünlük kimi qiymətləndirir”. Ekspertin sözlərinə görə, diplomatik və siyasi baxımdan Azərbaycan regionun aparıcı dövlətlərindən biri hesab olunur: 

“Cənubi Qafqazda sabitlik, regional əməkdaşlıq və kommunikasiyaların açılması ilə bağlı proseslər Avropa İttifaqının diqqət mərkəzindədir. Bu səbəbdən Brüssel Bakı ilə əməkdaşlığı yalnız iqtisadi deyil, həm də təhlükəsizlik və regional siyasət aspektindən vacib hesab edir”. 

R. Bayramov bildirib ki, yaxın gələcəkdə Azərbaycan ilə Aİ arasında yeni strateji tərəfdaşlıq sazişinin imzalanması real görünür:

“Yeni hərtərəfli strateji tərəfdaşlıq sazişinin imzalanmasına gəldikdə isə, bunun üçün kifayət qədər real zəmin mövcuddur. 

Son illər tərəflər arasında dialoq intensivləşib, enerji və nəqliyyat sahələrində əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib. Bununla belə, bəzi siyasi və hüquqi məsələlər üzrə yanaşma fərqləri hələ də qalmaqdadır. 

Lakin qarşılıqlı maraqların miqyası və geosiyasi reallıqlar göstərir ki, həm Bakı, həm də Brüssel münasibətlərin daha sabit və uzunmüddətli hüquqi çərçivədə inkişafında maraqlıdır”. 

Sonda R. Bayramov vurğulayıb ki, Azərbaycan-Aİ münasibətləri artıq klassik tərəfdaşlıq formatını aşaraq strateji xarakter almağa başlayıb:

“Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, iqtisadi əməkdaşlıq və regional sabitlik kimi amillər tərəfləri bir-birinə daha da yaxınlaşdırır. 

Məhz buna görə də yaxın illərdə yeni hərtərəfli strateji tərəfdaşlıq sazişinin imzalanması həm mümkün, həm də tərəflərin uzunmüddətli maraqlarına uyğun görünür. Bu sənəd qəbul edilərsə, Azərbaycan-Aİ münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoya bilər”.

Yunis Abdullayev
"Cebheinfo.az"

Açar sözlər: Avropa İttifaqı Rəşad Bayramov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 İyun 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see416

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see336

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see270

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see266

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see264

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see256

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see250

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see248

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see240

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see240

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see237

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see233

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see227

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see227

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see215

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see209

İnsan sağlamliğina verilən dəyər

03 Sentyabr 2026 13:01see206

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see205

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see197

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri