Icma.az
close
up
RU
Qərb Azərbaycanın strateji dəyərini yenidən kəşf edir

Qərb Azərbaycanın strateji dəyərini yenidən kəşf edir

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

ABŞ-ın nüfuzlu “Newsmax” saytının şərhi ölkəmizin regional önəmini əks etdirir

Son illər beynəlxalq sistemdə baş verən dəyişikliklər, xüsusilə Rusiya–Ukrayna müharibəsi, Avropanın enerji təhlükəsizliyi böhranı və Çinlə Qərb arasında artan geoiqtisadi rəqabət Cənubi Qafqazı yenidən böyük güclərin diqqət mərkəzinə gətirib.

Yeni geosiyasi çəki

Uzun müddət Qərb siyasi dairələrində Azərbaycan daha çox zəngin enerji ehtiyatlarına malik ölkə kimi qəbul edilirdi. Lakin son illərin geosiyasi dəyişiklikləri bu yanaşmanı əhəmiyyətli dərəcədə dəyişib. Bu gün Bakı Avropa ilə Asiyanı birləşdirən strateji bağlantı nöqtəsi, regional sabitliyin mühüm təminatçısı və beynəlxalq enerji təhlükəsizliyinin vacib iştirakçısı kimi qiymətləndirilir. Azərbaycan son 20 ildə ardıcıl və uzaqgörən siyasət yürüdərək Xəzər hövzəsini Avropa bazarları ilə birləşdirən geniş enerji və nəqliyyat infrastrukturu formalaşdırıb. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələr Avrasiyanın enerji xəritəsini dəyişdirən geosiyasi alətlər kimi qəbul olunur. Məhz buna görə Pol Millerin ABŞ-ın nüfuzlu media platformalarından biri sayılan “Newsmax”da dərc olunan məqaləsində Azərbaycanın artan strateji əhəmiyyətinə xüsusi diqqət yetirilir. Müəllif haqlı olaraq qeyd edir ki, Avropanın Rusiya enerji resurslarından asılılığını azaltmağa çalışdığı bir dövrdə Bakı Qərb üçün daha önəmli tərəfdaşa çevrilib. Ancaq məsələnin mahiyyəti yalnız enerji ehtiyatlarının həcmi ilə ölçülmür. Burada əsas amil Azərbaycanın illər ərzində formalaşdırdığı etibarlılıq kapitalıdır. Azərbaycan isə son iki onillik ərzində məhz bu keyfiyyətləri nümayiş etdirərək özünü Avropanın enerji təhlükəsizliyində etibarlı və proqnozlaşdırılan tərəfdaş kimi təsdiqləyə bilib. Bu gün Bakının geosiyasi çəkisini artıran əsas amil də məhz budur.

Orta Dəhlizin açar ölkəsi

Pol Millerin məqaləsində diqqətçəkən əsas məqamlardan biri Azərbaycanın Orta Dəhlizdə oynadığı strateji rola verilən qiymətdir. Əslində, bu yanaşma son illər beynəlxalq siyasətdə baş verən daha böyük dəyişikliklərin əksidir. Əgər ötən əsrdə dövlətlər arasındakı geosiyasi rəqabətin mərkəzində enerji resursları və onların nəqli marşrutları dayanırdısa, bu gün qlobal iqtisadiyyatın əsas mübarizə sahələrindən biri ticarət yollarına, logistika şəbəkələrinə və təchizat zəncirlərinə nəzarətdir. Məhz bu səbəbdən Çinlə Avropa arasında yükdaşımaların alternativ istiqamətləri getdikcə daha böyük əhəmiyyət qazanır. Bu kontekstdə Mərkəzi Asiyanı, Xəzər hövzəsini, Cənubi Qafqazı və Türkiyə vasitəsilə Avropanı birləşdirən Orta Dəhliz yeni geoiqtisadi reallığın əsas sütunlarından biri kimi dəyərləndirilir. Son illərdə Bakı tərəfindən həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri ölkənin regional rolunu keyfiyyətcə yeni mərhələyə çıxarıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası, Bakı–Tbilisi–Qars dəmir yolu və rəqəmsal bağlantı layihələri Azərbaycanın sadəcə tranzit məkanı olmadığını, Avrasiyanın mühüm logistika qovşağına çevrildiyini nümayiş etdirir.

Sülhün iqtisadi dividendləri

“Newsmax”dakı məqalədə diqqətçəkən məqamlardan biri də Azərbaycan–Ermənistan normallaşmasının mümkün iqtisadi nəticələrinə dair qiymətləndirmələrdir. Müəllif hesab edir ki, regionda davamlı sülhün bərqərar olması uzun illər formalaşmış iqtisadi və nəqliyyat reallıqlarını dəyişdirə bilər. Məlumdur ki, son 3 onillik ərzində Ermənistan regionun əsas enerji və nəqliyyat layihələrinin kənarında qalıb. Nəticədə ölkə həm tranzit gəlirlərindən, həm də regional inteqrasiyanın yaratdığı əlavə iqtisadi imkanlardan məhrum olub. Bu baxımdan Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin irəliləməsi yalnız siyasi münasibətlərin tənzimlənməsi deyil, həm də yeni iqtisadi perspektivlərin formalaşması deməkdir. Əgər sülh prosesi davamlı xarakter alarsa və kommunikasiya xətlərinin açılması istiqamətində real addımlar atılarsa, Ermənistan ilk dəfə olaraq Şərqlə Qərbi birləşdirən regional nəqliyyat şəbəkələrinin iştirakçısına çevrilə bilər.

Vaşinqtonun Bakı hesablaması

Pol Millerin məqaləsindəki mühüm siyasi mesajlarından biri ABŞ–Azərbaycan münasibətlərinin gələcək perspektivi ilə bağlıdır. Müəllif yazır ki, mövcud geosiyasi şəraitdə Vaşinqtonun Bakı ilə münasibətlərə yanaşması dəyişməli, tərəflər arasındakı əlaqələr ayrı-ayrı dövrlərdə aktivləşən diplomatik təmaslar çərçivəsindən çıxaraq daha sistemli və strateji xarakter almalıdır. Həmin yanaşmanın arxasında dayanan səbəblər kifayət qədər aydındır. Son illər beynəlxalq sistemdə baş verən dəyişikliklər Azərbaycanın ABŞ üçün əhəmiyyətini daha da artırıb. Vaşinqton üçün Bakı, ilk növbədə, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaşdır. Lakin məsələ bununla məhdudlaşmır. ABŞ-ın Avrasiya siyasətində Mərkəzi Asiya ilə əlaqələrin genişləndirilməsi, Şərq-Qərb nəqliyyat marşrutlarının inkişafı və qlobal təchizat zəncirlərinin şaxələndirilməsi prioritet istiqamətlərdən hesab olunur. Digər tərəfdən, Çinlə artan geoiqtisadi rəqabət şəraitində alternativ ticarət və nəqliyyat marşrutlarının inkişafı Vaşinqtonun diqqət yetirdiyi məsələlərdən biridir. Orta Dəhlizin potensialının yüksəlməsi də məhz bu kontekstdə qiymətləndirilir.

Köhnə qərar, yeni reallıq

Məqalədə xüsusi yer verilən məsələlərdən biri də ABŞ-ın “Azadlığa dəstək Aktı”na edilən və uzun illər Vaşinqton-Bakı münasibətlərində müzakirə mövzusu olan 907-ci düzəlişdir. 1992-ci ildə fərqli regional və siyasi şəraitdə qəbul edilən bu məhdudlaşdırıcı addım həmin dövrdən etibarən iki ölkə arasındakı münasibətlərdə ən çox mübahisə doğuran məsələlərdən birinə çevrilib. Müəllif qeyd edir ki, son otuz ildən artıq müddətdə regionda və beynəlxalq sistemdə baş verən dəyişikliklər fonunda 907-ci düzəlişin siyasi və strateji əsasları ciddi şəkildə zəifləyib. Onun fikrincə, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən, Şərq-Qərb nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayan və regional sabitliyin vacib iştirakçılarından biri kimi çıxış etdiyi halda, həmin məhdudiyyət artıq mövcud geosiyasi reallıqlarla uzlaşmır. Əslində, bu mövqe son illər ABŞ-ın ekspert və analitik dairələrində daha tez-tez səsləndirilən yanaşmalardan biridir. Ekspertlərin fikrincə, dəyişən beynəlxalq şərait ABŞ-ın regiona dair yanaşmalarında da müəyyən korrektələri qaçılmaz edir. Bu baxımdan Pol Millerin 907-ci düzəlişin ləğvi ilə bağlı çağırışı ABŞ-ın Avrasiya məkanındakı uzunmüddətli strateji maraqları prizmasından irəli sürülən arqument kimi diqqət çəkir. Məqalənin ümumi məntiqi göstərir ki, müəllif Vaşinqtonun Azərbaycanla münasibətlərə keçmişin siyasi stereotipləri ilə deyil, formalaşmaqda olan yeni geosiyasi reallıqlar əsasında yanaşmasının daha məqsədəuyğun olduğunu düşünür. Son olaraq qeyd edək ki, qarşıdakı illərdə Azərbaycan-Ermənistan normallaşmasının davam etməsi, regional kommunikasiyaların açılması və Orta Dəhlizin potensialının tam reallaşdırılması Cənubi Qafqazın beynəlxalq sistemdəki rolunu əhəmiyyətli dərəcədə dəyişə bilər. Nəticədə region enerji diplomatiyası, qlobal ticarət, logistika və iqtisadi əməkdaşlığın mühüm mərkəzlərindən birinə çevriləcək. Mövcud transformasiyanın aparıcı qüvvəsi kimi isə Azərbaycanın adı getdikcə daha çox hallanır və görünən odur ki, Qərbdə də bu reallığı qəbul edənlərin sayı sürətlə artır.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyun 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri