Icma.az
close
up
RU
Avropa Baydenin xiffətini çəkir? VİDEO

Avropa Baydenin xiffətini çəkir? VİDEO

Azvision saytına istinadən Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, “The Wall Street Journal (WSJ)” nəşri ABŞ-nin sabiq prezidentinin açıqlamasından belə sitat gətirib.
“Proseslərə qoşulmağımı xahiş edən bir sıra Avropa liderləri mənə zəng vururlar. Təfərrüatlara varmayacağam, bunu edə bilmərəm. Lakin mən proseslərə qoşulmuram, amma məsləhət verirəm”, - Co Bayden iddia edib.
O, həmçinin bildirib ki, ABŞ prezidenti kimi üzərində “ciddi-cəhdlə çalışdığı” işlərin çoxu indiki Ağ Ev administrasiyası tərəfindən ləğv olunub. Xüsusilə, Bayden NATO-dan bəhs edərək, onun rəhbərliyi altında alyansın əhəmiyyətli dərəcədə gücləndiyini və indi “ABŞ-nin dünya səhnəsindən geri çəkiləcəyi” riskinin olduğunu vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Baydeni Amerika tarixində ən pis prezident adlandırmaqla yanaşı, onun digər sələflərini - Barak Obama və Corc Buşu da tənqid edib.
İyunun 5-də isə Tramp Co Baydenin səhhəti ilə bağlı araşdırma aparılmasına göstəriş verib. O, xüsusən də keçmiş prezidentin köməkçilərinin onun vəziyyəti ilə bağlı məlumatları gizlədib-gizlətmədiyini öyrənmək istəyib. Amerika lideri həmçinin demokratların köməkçilərinin sənədləri imzalamaq üçün avtoqələmdən istifadə edib-etməməsi ilə bağlı araşdırma aparılmasına göstəriş verib.
Əslində hələ prezidentliyi dövründə koqnitiv demensiyaya (yaddaş, təfəkkür, nitq və oriyentasiya kimi koqnitiv funksiyaların davamlı azalması sindromu) məruz qaldığı açıq-aşkar nəzərə çarpan Co Baydenin yenidən proseslərə qoşulması xahişi ilə avropalı liderlərin ona zəng etməsi barədə heç də inandırıcı görünmür.
Amma bu həqiqəttdirsə, onda avropalı liderlərin Mirzə Ələkbər Sabirin “Ah, necə kef çəkməli əyyam idi, onda ki, Bayden babamız xam idi” xəyalları ilə yaşadıqları bəlli olur.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://azvision.az
archiveBu xəbər 03 İyul 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see406

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see308

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see251

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see237

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see226

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see211

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see210

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see199

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see183

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see170

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see169

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri