Avropa çempionatı: Azərbaycanın 3 yunan Roma güləşçisi yarımfinala yüksəlib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycanın 3 yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
AZƏRTAC xəbər verir ki, Nihat Məmmədli (60 kiloqram), Həsrət Cəfərov (67 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) 1/4 finalda öz rəqiblərinə qalib gəliblər.
Ruslan Nurullayev (72 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) isə həmin mərhələdə uduzublar. Onların məğlub olduqları rəqiblər finala çıxsalar, güləşçilərimiz bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq imkanı əldə edəcəklər.
Bu gün, həmçinin Rəşad Məmmədov (55 kiloqram), İslam Abbasov (87 kiloqram) və Beka Kandelaki (130 kiloqram) bürünc medal uğrunda yarışacaqlar.
Qeyd edək ki, Azərbaycan aprelin 26-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 21 Aprel 2026 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















