Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi yarımfinala yüksəlib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Zrenyanin, 10 mart, AZƏRTAC
Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında bu gün Azərbaycanın daha 5 sərbəst güləşçisi xalça üzərinə çıxıb.
AZƏRTAC xəbər verir ki, Ceyhun Allahverdiyev (61 kiloqram), Ağanəzər Novruzov (74) kiloqram), Vasif Xudiyev (86 kiloqram), Ali Tsokayev (92 kiloqram) və Yusif Dursunov (125 kq) inamlı çıxış edərək yarımfinala yüksəliblər.
Ötən gün Vasif Bağırov (57 kiloqram) və Səbuhi Əmiraslanov (79 kiloqram) adlarını finala yazdırıblar. Musa Ağayev (65 kiloqram) ilə Zəfər Əliyev (97 kiloqram) bürünc medal uğrunda güləşəcəklər. Ramik Heybətov (70 kiloqram) isə təsəlliverici görüşə çıxacaq.
Qeyd edək ki, U-23 Avropa çempionatına martın 15-də yekun vurulacaq.
Müxbir: Cavid Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 10 Mart 2026 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















