Avropa çempionatı: Azərbaycanın bir boksçusu yarımfinala, digəri 1/4 finala yüksəlib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 22 sentyabr, AZƏRTAC
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə Avropa çempionatının 5-ci günündə Azərbaycan millisinin daha 2 idmançısı qələbə qazanıb.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildirilib ki, Nəbi İsgəndərov (70 kiloqram) 1/4 finalda Kalman Hankonu (Macarıstan) sınağa çəkib. Boksçumuz ardıcıl 3-cü döyüşündən də qalib ayrılıb – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). İsgəndərov yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib. Onun finala gedən yolda rəqibi Con MakKonnell (İrlandiya) olacaq.
Səidcəmşid Cəfərov (75 kiloqram) isə 1/8 finalda Muksim Abdullayla (Almaniya) üz-üzə gəlib. Dünya çempionatının mükafatçısı hər 3 raundu xeyrinə bitirib və yekunda 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27) hesablı qələbə qazanıb. O, növbəti görüşündə Kevin Skottla (İsveç) qüvvəsini sınayacaq.
Hər 2 görüş sentyabrın 23-də keçiriləcək.
Qeyd edək ki, yarışa sentyabrın 25-də yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 22 Sentyabr 2026 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















