Avropa çempionatı: İki qadın güləşçimiz mübarizəyə başlayır, biri medal görüşünə çıxacaq
Cbcsport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanın daha iki qadın güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bu gün mübarizəyə başlayacaq.
Jalə Əliyeva (57 kq) və Ruzanna Məmmədova (62 kq) xalça üzərinə çıxacaqlar.
Alyona Kolesnik (59 kq) isə bu gün bürünc medal uğrunda qarşılaşmada Aurora Russo (İtaliya) - Mariana Çerdivara (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olubsa, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxıblar.
Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub. Qitə birinciliyi aprelin 13-də başa çatacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 10 Aprel 2025 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















