Avropa çempionatı: Kişilər sülh bağladı, qadınlar isə turu qələbə ilə başa vurdu
Icma.az, sport24.az portalına istinadən məlumat verir.
Batumidə (Gürcüstan) şahmat üzrə komandalararası Avropa çempionatında II turun görüşləri keçirilib. Sport24.az xəbər verir ki, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı və Məhəmməd Muradlının çıxış etdiyi Azərbaycanın kişilərdən ibarət yığma komandası hesabat turunda Çexiya ilə heç-heçə edib - 2:2.
Məmmədyarov qalib gəlib, Məmmədov uduzub, Süleymanlı ilə Muradlı isə heç-heçəyə razılaşıb.
Qadınlardan ibarət Azərbaycan yığması ikinci turda Macarıstanı 2,5:1,5 hesabı ilə məğlub edib. Ülviyyə Fətəliyeva və Ayan Allahverdiyeva partiyanı qələbəylə başa vurub. Gövhər Beydullayeva heç-heçə edib, Xanım Balacayeva isə məğlub olub.
Qeyd edək ki, Avropa çempionatı oktyabrın 14-də yekunlaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 07 Oktyabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















