Bakıda kişilər və qadınlar arasında tennis çempionatı başlayır
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bu gün, oktyabrın 20-də Bakıda kişilər və qadınlar arasında tennis üzrə paytaxt çempionatına start verilir.
XQ Azərbaycan Tennis və Padel Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarış oktyabrın 20-dən 23-dək Bakı Tennis Akademiyasında keçiriləcək.
Çempionatda 14 yaş və daha yuxarı tennisçilər iştirak edə bilərlər. Qalib və mükafatçılar kişilər və qadınlar arasında fərdi, eləcə də cütlük yarışlarında müəyyənləşəcək. Görüşlər sərt örtüklü kortlarda təşkil olunacaq.
Paytaxt çempionatı ölkənin zəngin oktyabr tennis təqvimində növbəti yarış olacaq. Xatırladaq ki, oktyabrın 13–17-də Bakıda müxtəlif yaş kateqoriyaları üzrə gənc tennisçilər arasında respublika birinciliyi keçirilib.
Bundan əlavə, oktyabrın 26-dan 30-dək Bakı Tennis Akademiyasında 14 yaş və daha yuxarı idmançılar arasında Azərbaycan çempionatı təşkil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 20 Oktyabr 2026 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















