Avropa İttifaqı ABŞ ın Rusiyaya qarşı sanksiyaları ləğv edəcəyindən ehtiyatlanır
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 20 fevral, AZƏRTAC
Avropa İttifaqının diplomatları ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv edəcəyindən ehtiyatlanırlar.
AZƏRTAC xəbər verir ki, “Financial Times” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, avropalı diplomatlar ABŞ-ın hələ ki, Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlamaq və hətta onları gücləndirmək niyyətində olduğuna dair siqnallar alır. Lakin bu, Tramp administrasiyasının Rusiya ilə iqtisadi əməkdaşlığı yaxşılaşdırmaq məqsədlərilə ziddiyyət təşkil edir. Odur ki, Brüssel Vaşinqtondan gələn ziddiyyətli bəyanatlar səbəbindən ABŞ-ın məhdudiyyətləri aradan qaldıracağından ehtiyatlanır.
“Əgər ABŞ Moskvaya qarşı məhdudiyyət tədbirlərini ləğv edərsə, Rusiya qlobal maliyyə səddindəki boşluqdan istifadə edərək bir çox sahələrdə həmişəki kimi normal fəaliyyət göstərə biləcək”, - deyə nəşr vurğulayır.
Qeyd edək ki, fevralın 19-da Avropa İttifaqının daimi nümayəndələri ABŞ-ın ziddiyyətli siqnalları fonunda Rusiyaya qarşı sanksiyaların növbəti 16-cı paketi ilə bağlı razılığa gəliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 20 Fevral 2025 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















