Avropa İttifaqı İrana sanksiya tətbiq edəcək
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa İttifaqı İrana qarşı ilk dəfə olaraq dənizdə naviqasiya azadlığını pozduğu iddiası ilə sanksiyalar tətbiq etməyə hazırlaşır.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas müdafiə nazirlərinin qeyri-rəsmi görüşü öncəsi jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, görüşdə Yaxın Şərqdəki vəziyyət və Aİ-nin Qırmızı dənizdə həyata keçirdiyi “Aspides” (“Qalxanlar”) hərbi əməliyyatı müzakirə olunacaq.
Kaya Kallas qeyd edib ki, bu gün ilk dəfə olaraq İrana qarşı dənizdə naviqasiya azadlığını pozduğuna görə məhdudlaşdırıcı tədbirlərin tətbiqi nəzərdə tutulur.
Qeyd edək ki, “Aspides” əməliyyatı Avropa İttifaqının Qırmızı dəniz, Ədən körfəzi və ətraf sularda beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirdiyi hərbi missiyadır.
Aişə Abdulova
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 08 İyun 2026 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















