Icma.az
close
up
RU
Avropa İttifaqı Azərbaycan münasibətləri normallaşır

Avropa İttifaqı Azərbaycan münasibətləri normallaşır

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Son vaxtlar Avropa İttifaqı-Azərbaycan əlaqələrində də müsbətə doğru addımlar atılır. 

Biz, həmçinin Avropa İttifaqı-Azərbaycan əlaqələri haqqında danışdıq”. 

Bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri zamanı sentyabrın 30-da mətbuata verdiyi bəyanatda deyib.

Dövlətimizin başçısı vurğulayıb ki, İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək vermişdir, bu gün də biz bunu hiss edirik və son vaxtlar Avropa İttifaqı-Azərbaycan əlaqələrində də müsbətə doğru addımlar atılır:

“Bu da bizi təbii olaraq məmnun edir. Bir sözlə, bizim strateji tərəfdaşlığımız həm rəsmi sənədlərdə, həm həyatda, praktik işlərdə özünü büruzə verir. Hesab edirəm ki, bir-birindən uzaqda yerləşən ölkələr arasındakı münasibətlərin qurulması bizim timsalımızda bir örnək ola bilər”.

Qeyd edək ki, bir müddət əvvəl pisləşən Avropa İttifaqı-Azərbaycan münasibətləri son zamanlarda normallaşıb. Sözügedən qurumla münasibətlərimizdə artıq inkişaf dinamikası özünü göstərir. Milli Məclisin deputatı Vüqar İskəndərov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə bərabər hüquqlu tərəfdaşlığa əsaslanan münasibətlər qurub:

“Ölkəmiz 2009-cu ildən Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Ümumiyyətlə, Azərbaycan bir çox təşəbbüslərlə Avropa İttifaqı ilə tərəfdaşlıqda maraqlıdır.

Bu, həm regional siyasət kontekstində, həm də enerji və digər təşəbbüslərin irəli sürülməsində, inkişaf etməsində həmişə tamamlayıcı rol oynayıb. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət, o cümlədən həm də ən böyük ixrac tərəfdaşıdır. İdxal tərəfdaşları sırasında isə Avropa İttifaqı ikinci yerdə dayanır”.

Onun sözlərinə görə, bu əməkdaşlığı bir neçə əsas mərhələyə bölə bilərik:

“Buraya iqtisadi inkişaf və bazar imkanları, enerji bağlantıları, enerji səmərəliliyi, alternativ enerji, ətraf mühit və iqlim fəaliyyəti daxildir. Eyni zamanda, həm siyasi, həm iqtisadi, həm də humanitar əlaqələri qeyd etmək lazımdır.

Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmiz Avropa İttifaqı ilə münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. Həmçinin, Avropa İttifaqı da Azərbaycanla bütün sahələrdə münasibətlərin inkişafında maraqlı görünür”.

Millət vəkili qeyd edib ki, son zamanlar Avropa İttifaqı, Avropa Parlamenti və Avropa Şurası Assambleyası tərəfindən ölkəmizə qarşı qərəz hiss olunurdu:

“Bu, bir neçə məqamda tamamilə üzə çıxdı. Əsasən də ölkəmizin Vətən müharibəsindəki tarixi qələbəsindən və suverenliyini tam bərpa etməsindən sonra bu məsələlərdə, əsasən də Avropa Parlamenti, o cümlədən Avropa Şurası Parlament Assambleyası (AŞPA) açıq-aydın Ermənistan tərəfində göründü və qərəzli siyasət həyata keçirdi. Amma son zamanlarda Avropa İttifaqı, əsasən də təşkilata üzv olan bir neçə ölkə ikitərəfli olaraq Azərbaycanla münasibətlərini yüksək səviyyəyə qaldırılması üçün cəhdlər edirlər.

Xüsusilə İtaliya və Azərbaycan münasibətləri və İtaliya Prezidentinin ölkəmizə səfəri çərçivəsində verdiyi bəyanatlar çox böyük əhəmiyyətə malikdir. Ümumiyyətlə, Azərbaycanın Avropa İttifaqının bir neçə ölkəsi ilə ikitərəfli, yüksək səviyyəli münasibətlər sərgiləməsi dediklərimizə bariz nümunədir”. 

Vüqar İskəndərov onu da əlavə edib ki, bu gün Azərbaycan enerji sahəsində Avropa İttifaqının çox vacib tərəfdaşıdır:

“Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində alternativ enerji ilə bağlı müqavilənin imzalanması da onu deməyə əsas verir ki, bu ittifaq Azərbaycanla ən yüksək səviyyədə münasibətlərdə maraqlıdır.

Bu gün dünyada baş verən çaxnaşmalar, siyasi kataklizmlər, Rusiya-Ukrayna müharibəsi fonunda Avropa İttifaqının düşdüyü çətinliklər bir daha göstərir ki, Avropa İttifaqı artıq yürüdüyü siyasətə yenidən baxır.

Sözün əsl mənasında Azərbaycanı özünə vazkeçilməz partnyor sayır. Bu isə təbii ki, ölkə başçımız cənab İlham Əliyevin yürütdüyü çox ağıllı, dinamik, qətiyyətli xarici siyasətə əsaslanır”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan Avropa İttifaqı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Oktyabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see343

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see334

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see325

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see316

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see311

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see303

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see297

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see286

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see279

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see275

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see252

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see235

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see232

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see223

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see220

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see215

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see198

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see188

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see182

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri