Icma.az
close
up
RU
Avropa İttifaqı Ermənistanla münasibətləri fəallaşdırır

Avropa İttifaqı Ermənistanla münasibətləri fəallaşdırır

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qurum rəsmilərinin İrəvana ardıcıl səfərləri təsadüfi deyil

Son həftələrdə Avropa İttifaqı (Aİ) ilə Ermənistan arasında təmaslar intensivləşib. Brüsseldən İrəvana edilən səfərlər, viza rejiminin liberallaşdırılması, enerji, nəqliyyat və iqtisadi əməkdaşlıq müzakirələri münasibətlərin daha geniş gündəlik üzrə inkişaf etdirildiyini göstərir. Aİ Ermənistana maliyyə dəstəyi verir, konkret layihələri maliyyələşdirir və ölkənin Avropa iqtisadi məkanına yaxınlaşmasını təşviq edir.

Sloveniyanın xarici və Avropa işləri naziri Tone Kayzerin İrəvana səfəri bu fəallığın tərkib hissəsidir. Paşinyan və Kayzer siyasi dialoqun fəallaşdırılmasını, iqtisadiyyat, texnologiya və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsini vacib sayıblar. Görüş zamanı Ermənistan–Aİ münasibətləri, regional sabitlik və kommunikasiyaların açılması da müzakirə olunub. Mirzoyan sloveniyalı həmkarı ilə birgə mətbuat konfransında viza rejiminin liberallaşdırılması prosesinə Aİ və üzv dövlətlərin dəstəyini xüsusi qeyd edib. Onun sözlərinə görə, bu istiqamətdə indiyədək irəliləyiş əldə olunub, lakin müsbət nəticəyə daha tez çatmaq üçün Ermənistan qanunvericilik dəyişikliklərini və texniki prosedurları sürətləndirməlidir.

Oktyabrın 29-da Sloveniya nümayəndə heyətini Ermənistan Milli Assambleyasının sədri Ruben Rubinyan da qəbul edib. Görüşdə parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsi, ikitərəfli münasibətlərin inkişafı, iqtisadi əlaqələrin genişləndirilməsi imkanları və regional məsələlər müzakirə olunub.

Dünən isə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan Avropa Komissiyasının Miqrasiya və daxili işlər üzrə baş direktorunun müavini Yohannes Luhnerlə görüşüb. Tərəflər viza rejiminin liberallaşdırılması üzrə fəaliyyət planının icrasında əldə olunan irəliləyişi, miqrasiya idarəçiliyinin təkmilləşdirilməsini, qanunsuz miqrasiyanın qarşısının alınmasını, geri qaytarılma və readmissiya prosedurlarını müzakirə ediblər. M.Qriqoryanın bugünlərdə Avropa Komissiyasının genişlənmə və Şərq qonşuluğu üzrə Baş Direktorluğunun rəhbəri Gert Yan Kupmanla görüşündə isə tərəflər Ermənistan–Aİ tərəfdaşlıq gündəliyinin icrası, enerji və iqtisadi dayanıqlığın gücləndirilməsi, ticarətin şaxələndirilməsi, Aİ-nin Ermənistan malları üçün tətbiq etdiyi muxtar ticarət tədbirlərindən irəli gələn imkanlar, nəqliyyat infrastrukturu və “Sülhün kəsişməsi” layihəsi barədə fikir mübadiləsi aparılıb.

Bu arada Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın Niderlandın xarici işlər naziri Tom Berendseni qəbul etməsi də diqqəti cəlb edir. Görüşdə ikitərəfli əlaqələr, Ermənistan–Aİ münasibətləri, regiondakı vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Həmin günlərdə Avropa Komissiyasının vitse-prezidenti Teresa Ribera ilə Nikol Paşinyanın görüşündə də viza rejiminin liberallaşdırılması və energetika sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Bu təmasların siyasi fonunda Paşinyanın Aİ-yə üzvlüklə bağlı açıqlaması diqqət çəkir. O, “Radio France Internationale”yə müsahibəsində bildirib ki, Ermənistanın Aİ-yə daxil olması həm ittifaqın genişlənmə siyasətindən, həm də erməni xalqının qərarından asılıdır. Baş nazir xatırladıb ki, 2025-ci ildə Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun qəbul edilib, lakin İrəvanın istəyi təkbaşına kifayət etmir, Brüssel də genişlənməyə hazır olmalıdır. Yeri gəlmişkən, Paşinyanın noyabrın 3-də Brüsseldə “Euronews”un təşkil etdiyi Aİ-nin genişlənməsi sammitində dəvətli məruzəçi qismində iştirakı nəzərdə tutulur.

Siyasi yaxınlaşmanın maliyyə dayaqları

Əlbəttə, Brüsselin İrəvana marağı yalnız siyasi dialoqla ölçülmür. Aİ Ermənistanın iqtisadi dayanıqlılığını gücləndirmək, enerji və nəqliyyat infrastrukturunu inkişaf etdirmək, ticarət əlaqələrini şaxələndirmək üçün maliyyə və texniki dəstək göstərir. Bu siyasətin əsas çərçivəsi 2024–2027-ci illər üçün Ermənistanın Dayanıqlılıq və İnkişaf Planıdır. Plan çərçivəsində 270 milyon avro qrant dəstəyi nəzərdə tutulur. Bundan əlavə, Aİ 2,6 milyard avroya qədər sərmayənin səfərbər edilməsinə nail olmağı hədəfləyir. Bu arada, Aİ-nin dəstəyi ayrı-ayrı layihələrdə də özünü göstərir. Oktyabrın sonlarında İrəvanda BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyası – COP17 çərçivəsində Göyçə gölünün ekosisteminin bərpasına yönəlmiş Aİ-nin biomüxtəlifliyin qorunması layihəsinə start verilib. Proqram üçün 1,5 milyon avro ayrılıb və bu məbləğ tam şəkildə Aİ tərəfindən maliyyələşdirilir. Layihə şirin su biomüxtəlifliyinin bərpası, tullantı sularının təmizlənməsi sistemlərinin təkmilləşdirilməsi, ekosistemin qorunması və göl ətrafındakı icmaların davamlı inkişafını nəzərdə tutur.

Təhlükəsizlik sahəsində isə Avropa Sülh Fondu çərçivəsində Ermənistana, ümumilikdə, 30 milyon avro həcmində dəstək nəzərdə tutulub. Bu yardım 2024-cü ildə təsdiqlənmiş 10 milyon avroluq və 2025-ci ildə təsdiqlənmiş 20 milyon avroluq 2 mərhələdən ibarətdir. Dəstək Ermənistan silahlı qüvvələrinin qeyri-öldürücü təyinatlı imkanlarının, o cümlədən logistika, tibbi təminat, mühəndislik və müvafiq müdafiə qabiliyyətlərinin gücləndirilməsinə yönəlib.

İqtisadi yaxınlaşmanın göstəricilərindən biri kimi isə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanın açıqladığı ixrac rəqəmləri də diqqət çəkir. Onun məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Aİ üzvü olan ölkələrə Ermənistan məhsullarının ixracı 717 milyon dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 475 milyon dollar idi. Beləliklə, illik müqayisədə 51 faizlik artım qeydə alınıb. Artım ayrı-ayrı ölkələr üzrə fərqli olub: Bolqarıstana ixrac 4,9, Maltaya 4,8, Avstriyaya 3,1, Polşaya 3 dəfə yüksəlib. Almaniya, Fransa, Niderland və bir sıra digər ölkələrə ixrac isə azalıb.

Aİ-nin bölgədə möhkəmlənmək istəyi

Görünən odur ki, Aİ Ermənistanla münasibətlərini bir neçə istiqamətdə paralel şəkildə genişləndirir: siyasi dialoq, viza rejiminin liberallaşdırılması, ticarət, enerji, nəqliyyat, ekologiya və təhlükəsizlik. Bu sahələr bir-birini tamamlayır: viza sadələşdirilməsi insan əlaqələrini, ticarət və investisiya proqramları iqtisadi bağları, enerji və nəqliyyat layihələri isə fiziki bağlantıları genişləndirir. Brüssel bu yolla Cənubi Qafqazdakı mövqelərini möhkəmləndirmək, Ermənistanın əlaqələrini şaxələndirmək və Avropa standartlarına uyğun islahatları təşviq etmək istəyir. İrəvan isə bu yaxınlaşmanı xarici siyasətdə seçim imkanlarını və yeni bazarlara çıxışı artıran istiqamət kimi təqdim edir. Paşinyanın Avrasiya İqtisadi İttifaqı ilə Aİ arasında seçim məsələsini xalqın qərarına bağlaması da bu xəttin siyasi ifadəsidir. Ancaq maliyyə paketlərinin elan edilməsi ilə onların tam həcmdə həyata keçirilməsi eyni deyil. 270 milyon avroluq qrantın mərhələli icrası, 2,6 milyard avroluq investisiya hədəfinin reallaşması, eləcə də ayrı-ayrı layihələrin nəticələri zamanla ölçüləcək. Ermənistanın Avropa ilə yaxınlaşmasının real dəyəri də məhz bu vəsaitlərin nə qədərinin konkret iqtisadi nəticəyə çevriləcəyi, yeni iş yerləri, istehsal, enerji dayanıqlılığı və nəqliyyat imkanları yaradacağı ilə müəyyənləşəcək.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Oktyabr 2026 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri