Avropa İttifaqı komissarı erməni əriklərindən mürəbbə bişirdi... FOTOLAR
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Avropa İttifaqınin(Aİ) genişlənmə üzrə komissarı Marta Kos Ermənistan əriklərindən mürəbbə hazırlayıb.
Moderator.az xəbər verir ki, "Armtimes" nəşrinin yaydığı məlumata görə, o, bu barədə sosial media səhifəsində yazıb və şəkillərini paylaşıb.
Mən bu mürəbbəyi erməni əriklərindən hazırladım."
"Əriklər Ermənistanda baş verən dəyişiklikləri simvolizə edir. Ötən ay keçirilən seçkilərdə ermənilərin əksəriyyəti Aİ ilə daha sıx əlaqələr qurmağa çalışan partiyalara səs verib. Rusiya Ermənistan meyvə və çiçəklərinin idxalını məhdudlaşdırmaqla səsverməyə təsir göstərməyə çalışıb. Aİ də öz növbəsində bazarını bu məhsulların çoxuna açmaqla Ermənistana kömək edib. Buna görə də keçən həftə Ermənistanda idim və Brüsselə böyük bir səbət əriklə qayıtdım. Onların əksəriyyətini dostlarıma yolladım. Qalanından isə mürəbbə bişirdim.
Dostlarımdan biri mürəbbəyə baxıb dedi: “Azadlıq qutuları”. Məncə, bu, gözəl bir sözdür.
Supermarketə baş çəkərkən erməni əriklərinə, gavalılarına və ya albalılarına diqqət yetirin. Bu, erməni fermerlərinə kömək edəcək və ölkənin demokratik seçkilərini dəstəkləyəcək kiçik bir şey etmək üçün bir fürsətdir", - deyə M.Kos yazıb.
S.Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 07 İyul 2026 07:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















