Icma.az
close
up
RU
Avropa İttifaqı narahatdır...

Avropa İttifaqı narahatdır...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edəcəkmi?

Tramp administrasiyasının Rusiya-Ukrayna münaqişəsinin həllinə yanaşması Avropa İttifaqını ciddi narahat edir. Çünki bir sıra Avropa ölkələri hazırda ABŞ-ın Rusiyanın maraqlarına uyğun sülh planı təqdim edəcəyini düşünür.

Aİ diplomatları ehtiyatlanırlar

Belə bir şəraitdə Avropa İttifaqının diplomatları ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv edəcəyindən ehtiyatlanırlar. “Financial Times” qəzetinin mənbələrinə istinadla yaydığı məlumata görə, avropalı diplomatlar ABŞ-ın hələ ki, Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlamaq və hətta onları gücləndirmək niyyətində olduğuna dair siqnallar alır. Lakin bu, Tramp administrasiyasının Rusiya ilə iqtisadi əməkdaşlığı yaxşılaşdırmaq məqsədlərilə ziddiyyət təşkil edir. Odur ki, Brüssel Vaşinqtondan gələn ziddiyyətli bəyanatlar səbəbindən ABŞ-ın məhdudiyyətləri aradan qaldıracağından ehtiyatlanır. “Əgər ABŞ Moskvaya qarşı məhdudiyyət tədbirlərini ləğv edərsə, Rusiya qlobal maliyyə səddindəki boşluqdan istifadə edərək bir çox sahələrdə həmişəki kimi normal fəaliyyət göstərə biləcək”, - deyə nəşr vurğulayır.

Qeyd edək ki, fevralın 19-da Avropa İttifaqının daimi nümayəndələri ABŞ-ın ziddiyyətli yanaşmaları fonunda Rusiyaya qarşı sanksiyaların növbəti 16-cı paketi ilə bağlı razılığa gəliblər. Onların razılaşdığı paket daha sonra təsdiq üçün Avropa İttifaqı ölkələrinin liderlərinə göndəriləcək. “Sanksiyalar daha 13 bankı və ölkə donanmasının 73 tankerini hədəf alacaq”, - deyə nəşr bildirib. Həmçinin yeni sanksiyalar paketinə Avropa İttifaqı ölkələri üçün Rusiya alüminiumundan hazırlanan bəzi məhsulların alınmasına “mərhələli” qadağa da daxil olacaq. Bəzi məlumatlara görə isə qadağa bu metaldan hazırlanan məhsul növlərinə deyil, Rusiyadan gələn ilkin alüminiuma təsir edəcək.

Aİ Ukrayna danışıqlarında fəal iştirak etmək niyyətindədir

Bütün bunların fonunda Avropa İttifaqı Ukrayna ilə bağlı danışıqlarda fəal iştirak etmək istəyir. Bir neçə gün öncə “Veymar üçbucağı - plyus” formatında Xarici İşlər nazirliklərinin (Fransa, Polşa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya, Ukrayna və Avropa Komissiyası) rəhbərlərinin birgə bəyanatına əsasən, Avropa ölkələri Ukraynadakı münaqişənin həlli üçün istənilən mümkün danışıqlarda iştirak etməlidir. Bu bəyanat Ər-Riyadda ABŞ-Rusiya danışıqları ərəfəsində verilmişdi. Bəyanatda  deyilirdi ki, “biz amerikalı müttəfiqlərimiz ilə Ukraynadakı münaqişənin həlli üzrə növbəti addımları müzakirə etməyi səbirsizliklə gözləyirik. Bizim ümumi məqsədimiz Ukraynanın mövqeyini gücləndirmək olmalıdır. Ukrayna və Avropa istənilən danışıqlarda iştirak etməlidir”. Xarici İşlər nazirliklərinin rəhbərləri “Ukraynada ədalətli və davamlı sülhün davamlı Transatlantik təhlükəsizliyin zəruri şərti olduğunu” vurğulayıblar.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp hələ fevralın 12-də baş tutan telefon danışığında digər məsələlərlə yanaşı, Ukraynada nizamlanma perspektivlərini müzakirə ediblər. Kremlin məlumatına görə, Tramp hərbi əməliyyatlara tezliklə son qoyulması və problemin sülh yolu ilə həllinin tərəfdarı olub. Putin, öz növbəsində, münaqişənin əsas səbəblərini aradan qaldırmağın vacibliyini qeyd edib və Trampla razılaşıb ki, sülh danışıqları yolu ilə uzunmüddətli nizamlanma əldə oluna bilər. Bu barədə Rusiya liderinin mətbuat xidməti məlumat verib. ABŞ administrasiyasının rəhbəri “Truth Social” şəbəkəsində yazıb ki, Moskva və Vaşinqton Ukraynadakı münaqişənin həlli üçün dərhal danışıqlara başlayacaq.

Brüsseldə Kiyevə silah tədarükünü əlaqələndirən Qərb Təmas Qrupunun son iclasında çıxış edən Pentaqon rəhbəri Pit Heqset isə Ukraynanın 2014-cü ildə mövcud olmuş sərhədlərinə qayıtmağın “qeyri-real bir məsələ” olduğunu vurğulayıb. O, həmçinin Ukraynanın NATO-ya daxil olma ehtimalını da istisna edib. Heqset Avropaya xəbərdarlıq edib ki, Tramp administrasiyasının fikrincə, Aİ öz təhlükəsizliyinə cavabdeh olmalıdır. Tramp daha sonra Heqsetin Ukraynanın 2014-cü il sərhədlərinə qayıtmasının mümkünsüzlüyü barədə sözlərini misal çəkib.

Marko Rubio: Ər-Riyadda Moskvaya qarşı sanksiyaların ləğvi müzakirə edilməyib

Aİ-nin narahatlığı fonunda ABŞ Dövlət katibi Marko Rubio jurnalistlərə müsahibəsində deyib ki, ABŞ və Rusiya nümayəndə heyətləri Ər-Riyadda keçirilən danışıqlarda Moskvaya qarşı sanksiyaların ləğvini və ya ərazi məsələlərini müzakirə etməyiblər: “Biz detallar, o cümlədən ərazi məsələləri üzrə danışıqlar aparmamışıq”. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanında baş tutan danışıqlar Ukraynada sülh prosesinin perspektivlərinin müzakirəsinə həsr olunub.

Dövlət katibi Avropa İttifaqının Rusiyaya qarşı öz sanksiyalarının da olduğunu xatırladaraq deyib: “Biz bütün sanksiyaları aradan qaldırsaq, hərçənd bu məsələ müzakirə edilməyib, avropalılar da analoji addım atmalı olacaqlar. Bunun üçün nə vaxtsa onların hamısı ilə məsləhətləşmək lazım gələcək, lakin biz hələ o mərhələdə deyilik”. Marko Rubio, həmçinin ukraynalıların Vaşinqtonun niyyətini bildiyini və Kiyevlə müntəzəm müzakirələrin aparıldığını qeyd edib.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens isə bəyan edib ki, Kiyev və Avropa ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin nizamlanmasına nail olmaq niyyətini ciddi qəbul etməlidir.

N.BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Fevral 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see222

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see210

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see209

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see205

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see196

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see196

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see194

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see190

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see190

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see189

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see184

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see182

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see180

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see180

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see178

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see177

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see176

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see176

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see175

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri