Icma.az
close
up
RU
Avropa İttifaqı Moskvaya geoiqtisadi təzyiqi artırır

Avropa İttifaqı Moskvaya geoiqtisadi təzyiqi artırır

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı iqtisadi təzyiq siyasətini davam etdirir və sanksiya mexanizmini ardıcıl şəkildə genişləndirir. Son məlumata əsasən, Aİ 17-ci sanksiya paketini qəbul etməyə hazırlaşır. Bu paket Rusiyanın iqtisadi və siyasi kursuna təsir göstərmək məqsədi daşıyan daha geniş strategiyanın növbəti mərhələsi kimi qiymətləndirilir. Bildirilir ki, prezident Vladimir Putinin Ukrayna prezidenti Vladimir Zelenski ilə İstanbulda planlaşdırılmış görüşdə iştirak etməməsi, bu prosesin sürətləndirilməsində rol oynadı.

Aİ 2014-cü ildən – Krımın ilhaqından və xüsusilə də 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamasından sonra – Rusiyaya qarşı bir sıra sanksiya paketləri tətbiq etmişdir. Bu məhdudiyyətlər maliyyə, enerji, müdafiə və nəqliyyat sektoru ilə yanaşı, həm fiziki, həm də hüquqi şəxsləri əhatə edir.

Mayın 14-də Aİ ölkələrinin səfirləri Rusiyaya qarşı 17-ci sanksiya paketini ilkin olaraq təsdiq etmiş, xarici işlər nazirləri səviyyəsində yekun qərarın isə mayın 20-də verilməsi gözlənilir. Mövcud məlumatlara görə, bu paket əsasən Rusiya neftinə qarşı tətbiq olunan sanksiyalardan yayınmağa kömək edən onlarla şirkət və fiziki şəxsə, həmçinin “kölgə donanması” kimi tanınan təxminən 100 tankerə qarşı yönəldiləcək.

“Politico” nəşri bildirir ki, Rusiya prezidentinin İstanbul görüşlərində iştirak etməməsi səbəbilə Avropa liderləri Rusiyadan idxal olunan mallara əlavə cəza xarakterli tariflərin tətbiqini nəzərdən keçirirlər. Bu məsələnin Albaniyada keçirilən görüşdə müzakirəyə çıxarılacağı gözlənilir. ABŞ senatoru Lindsi Qremin Rusiyadan enerji daşıyıcılarının idxalına 500 faizlik rüsum tətbiqini nəzərdə tutan qanun layihəsi də bu təşəbbüslərə təsir edən amillərdən biri kimi qeyd olunur.

Xatırladaq ki, bundan əvvəl Aİ Rusiyanın Ukraynanın təklif etdiyi 30 günlük atəşkəsə razılaşmadığı təqdirdə əlavə sanksiyaların tətbiq olunacağını bəyan etmişdi. Lakin Moskva atəşkəs elan etmədi və prezident Vladimir Putin İstanbulda keçiriləcək danışıqlara qatılmaq əvəzinə, aşağı səviyyəli nümayəndə heyəti göndərdi.

17-ci paket hələ tam təsdiqlənmədən Aİ artıq növbəti – 18-ci sanksiya paketinin hazırlanmasına başladığını bildirdi. Finlandiyanın xarici işlər naziri Elina Valtonen və Almaniya kansleri Fridrix Merts bu məlumatı təsdiqlədilər. Qeyd etmək yerinə düşər ki, 2022-ci ildə qəbul olunmuş “­REPowerEU” proqramına əsasən, Aİ 2027-ci ilə qədər Rusiyadan enerji asılılığını tamamilə aradan qaldırmağı planlaşdırır. Son dörd ildə Rusiyanın Avropa qaz bazarındakı payı 40 faizdən 18,3 faizə qədər azalmışdır. Avropa Komissiyasının bu ilin sonunadək üzv dövlətlərə Rusiya qazından mərhələli imtina planlarını təqdim etməyi tapşırması da vurğulanır.

Bununla yanaşı, Rusiyadan verilən açıqlamalar və Qərb mediasında yayımlanan təhlillər göstərir ki, Moskva Aİ-nin yeni sanksiyalarına qarşı müqavimət nümayiş etdirməyə davam edir. Məsələn, CNN qeyd edir ki, prezident Putin İstanbul görüşündə iştirak etməməklə daxili prioritetləri və beynəlxalq diplomatik balansı özünəməxsus şəkildə qiymətləndirmiş və bu addımı hesablanmış siyasi risk kimi atmışdır.

Nəticə etibarilə, Aİ-nin sanksiya siyasəti Rusiyaya qarşı uzunmüddətli geoiqtisadi təzyiq strategiyası çərçivəsində davam etdirilir. Məhdudlaşdırıcı tədbirlər Rusiya iqtisadiyyatının strateji sahələrinə təsir etməklə yanaşı, Ukraynanın mövqeyini gücləndirmək məqsədi daşıyır. Lakin bu siyasətin uğuru onun icra mexanizmlərinin səmərəliliyindən, üzv dövlətlərin koordinasiyasından və beynəlxalq dəstəyin davamlılığından asılıdır.

Səbuhi MƏMMƏDOV 
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 May 2025 02:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri