Icma.az
close
up
RU
“”Avropa İttifaqı müharibənin bitməsini istəmir” DEPUTAT

“”Avropa İttifaqı müharibənin bitməsini istəmir” DEPUTAT

Icma.az, Gununsesi saytına istinadən bildirir.

“Artıq üçüncü görüş keçirilməsinə baxmayaraq, ciddi bir irəliləyiş müşahidə olunmur. Görüşlər əsasən yalnız humanitar məsələlərlə məhdudlaşır. Söhbət əsir və girovların mübadiləsindən, həmçinin Kursk vilayətində saxlanılan vətəndaşların geri qaytarılmasından gedir”.

Bu sözləri Gununsesi.info–ya açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev İstanbulda baş tutan Rusiya-Ukrayna danışıqları ilə bağlı fikirlərini şərh edərkən deyib:

“Mübadilələrin miqyasına baxdıqda, vəziyyətin nə qədər ciddi olduğunu görmək mümkündür. Əsir götürülmüş minlərlə insanların dəyişdirilməsi, həlak olanların cəsədlərinin təhvil verilməsi bu prosesin çox geniş miqyas aldığını göstərir. Artıq üçüncü görüşdür.

Təəssüf ki, dünənki görüşdə də heç bir irəliləyiş müşahidə olunmadı. Ukrayna Prezidentinin Aparat rəhbəri Andrey Yermakın və Rusiya nümayəndəsi Vladimir Medinskinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, eləcə də Müdafiə naziri Rustem Umerovla ayrı-ayrılıqda keçirdikləri görüşlər də konkret nəticə vermədi. Türkiyənin prosesə maraqlı olması açıqdır. İkili görüşlərdə Hakan Fidanın, eləcə də Türkiyə Xarici Kəşfiyyat İdarəsinin rəhbəri və Baş Qərargah rəisinin iştirak etməsi göstərir ki, bu danışıqlarda hərbi aspektlərə də diqqət ayrılır. Əsas məqsəd isə atəşkəsə nail olmaqdır.

Tərəflərin tələbləri isə fərqlidir. Rusiya özünün ilhaq etdiyi ərazilərdən Ukrayna qoşunlarının çıxarılmasını tələb edir. Ukrayna isə əksinə, Rusiyanın işğal etdiyi bütün ərazilərdən geri çəkilməsini və atəşkəs elan edilməsini istəyir.

Bu səbəbdən görüşlər mərhələlərə bölünməlidir: humanitar, hərbi və diplomatik məsələlər ayrıca müzakirə olunmalıdır. Hazırkı gedişat göstərir ki, Prezident Zelenskinin çağırışlarına baxmayaraq, Putin görüşlərdə iştirak etməyəcək”.

Deputat qeyd edib ki, Trump və ya digər beynəlxalq liderlərin bu görüşlərdə iştirakı isə hələlik sadəcə arzudur.

O, əlavə edib ki, bu cür iştirakların konkret və əsaslandırılmış şəkildə baş verməsi vacibdir:

“Avropa İttifaqı nümayəndələrinin görüşdə iştirak etməməsi isə onların Ukraynanı dəstəkləməsi ilə bağlıdır. Onlar bu gün də Ukraynaya silah, sursat, hətta ballistik raketlər verməyə hazırdırlar. Bu da onu göstərir ki, onlar müharibənin dayandırılmasını istəmir. Dünənki görüş də əsasən humanitar məsələlərlə məhdudlaşdı, ciddi qərarlar qəbul olunmadı. Əsas məqsəd həlak olmuş şəxslərin cəsədlərinin qaytarılması idi. İnsanlar övladlarının dəfn olunmasını istəyir.

Bununla belə, görüşün keçirilməsi müsbət addım kimi dəyərləndirilməlidir. Türkiyənin vasitəçi rolunu oynaması isə təsadüfi deyil. NATO üzvü olmasına baxmayaraq, bu məsələdə ona inam var. Barışıq üçün vasitəçi kimi məhz Türkiyə qəbul edilə bilər.

Bugünkü reallıq göstərir ki, müharibə artıq təkcə Ukrayna və Rusiya arasında deyil. NATO və Rusiya arasında gedən münaqişəyə çevrilib. Əgər bu, yalnız Ukrayna-Rusiya münaqişəsi olsaydı, konkret nəticələr əldə etmək mümkün olardı.

Rusiya bu müharibəyə çox böyük maliyyə vəsaiti sərf edir. Gündəlik təxminən 800 milyon dollar xərclənir. Bu da Rusiyanın iqtisadi və hərbi baxımdan tənəzzülə uğradığını göstərir.

Digər tərəfdən, Ukraynada da vəziyyət ağırdır: miqrasiya, itkilər, dağıdılmış infrastruktur və kommunikasiya xəttinin sıradan çıxması problemləri daha da artırır.

Əgər müharibə yalnız iki dövlət arasında olsaydı, bəlkə də artıq bu problem həll olunmuşdu. Lakin beynəlxalq güc mərkəzlərinin, xüsusi xidmət orqanlarının maraqları münaqişənin uzanmasına səbəb olur. Rusiya isə hazırda nəzarət etdiyi əraziləri əldən vermək fikrində deyil”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 İyul 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri