Icma.az
close
up
RU
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” Deputat

“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” Deputat

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin dövlət katibi Marko Rubio açıqlamasında bildirib ki, Prezident Donald Tramp gələn həftə Nyu-York şəhərində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə bilər. Onun sözlərinə görə, görüşün baş tutacağı barədə qəti qərar verilməsə də, bu ehtimal realdır. 


Milli Məclisin deputatı Elman Nəsirov AZXEBER.COM-a bildirib ki, əgər görüş baş tutarsa, müzakirə olunacaq məsələləri proqnozlaşdırmaq çətin deyil: 

"Görüşdə əsasən Rusiya-Ukrayna müharibəsi və onun indiki vəziyyəti müzakirə oluna bilər. ABŞ-nin Avropadakı müttəfiqləri Vaşinqtondan Rusiyaya qarşı sanksiyaları  artırmağı xahiş və tələb edir. Tramp isə bildirib ki, bunu dəstəkləyir, amma Avropa ölkələri Rusiya ilə bütün əlaqələri, əsasən enerji ticarətini sıfıra endirməlidir. 

O qeyd edib ki, belə bir addım Avropa üçün fəlakət ola bilər: 

"Eyni zamanda Avropa ölkələri Çin və Hindistana qarşı rüsumları artırmalıdır. Bu, Avropa İttifaqı üçün fəlakət ola bilər, çünki hazırda Avropa İttifaqının Çinlə ticarət dövriyyəsi 800 milyard dollardan çoxdur. Yəni Trampın təzyiqi altında Avropa həm Çinlə, həm də Rusiya ilə ticarəti məhdudlaşdırsa, bu Avropa iqtisadiyyatı və sosial rifahı üçün ciddi risklər yaradar. Ona görə də Rusiya qarşı sanksiyaların genişləndirilməsi məsələsi mürəkkəb düyünə çevrilir”.

Deputat bildirib ki, Ukraynanın böyük həcmdə silah-sursata ehtiyacı var:

"Tramp administrasiyasının mövqeyi isə belədir ki, ABŞ silahları birbaşa Ukraynaya verməyəcək. Həmin silahları  Avropa ölkələrinə satacaq və bu dövlətlər özləri həmin silahları Ukraynaya pulsuz təqdim etməlidir. Bu məsələlərin hamısı rəsmi Kiyevi tam qane etmir”. 

Şahanə Ziyad

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 16 Sentyabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri