Icma.az
close
up
RU
Avropa İttifaqı onlayn alış verişə gömrük rüsumları tətbiq edəcək

Avropa İttifaqı onlayn alış verişə gömrük rüsumları tətbiq edəcək

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müəllif:mehin Qasımova,Banco.az

Avropa İttifaqı (Aİ) xaricindən idxal edilən kiçik bağlamalarla bağlı qəbul edilmiş qərarları açıqlayıb.

Banco.az xəbər verir ki, bəyanatda deyilir k, Aİ Şurası 2026-cı il iyulun 1-dən etibarən əsasən elektron ticarət yolu ilə Aİ-yə daxil olan 150 avrodan az dəyəri olan kiçik bağlamalara 3 avro məbləğində sabit gömrük rüsumu tətbiq etmək qərarına gəlib.

Bəyanatda qeyd olunur ki, mövcud sistemə əsasən, kiçik bağlamalar Aİ-yə rüsumsuz daxil olur və bunun Aİ daxilində satıcılar üçün ədalətsiz rəqabət yaratdığı, istehlakçılar üçün sağlamlıq və təhlükəsizlik riskləri yaratdığı, fırıldaqçılığı artırdığı və ətraf mühitlə bağlı narahatlıqlar doğurduğu vurğulanır.

Bəyanatda qeyd olunur ki, sözügedən gömrük rüsumu Aİ-yə edilən bütün elektron ticarət göndərişlərinin 93 faizini əhatə edəcək:

"Bu dərəcə Aİ-yə daxil olan və Aİ-nin Vahid İdxal Limanı (IOSS) sistemində əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyatdan keçmiş qeyri-Aİ satıcılarından gələn bütün mallara tətbiq olunacaq".

Ən yüksək faiz verən depozit hansı bankdadır?

Bu müvəqqəti tədbir gömrük rüsumundan azadolma həddini tamamilə aradan qaldıran daimi razılaşma qüvvəyə minənə qədər qüvvədə qalacaq.

Bəyanatda deyilir: "Bu zaman 150 avrodan aşağı bütün mallar fərdi məhsullar üçün normal Aİ tariflərinə uyğun olaraq gömrük rüsumlarına məruz qalacaq".

Hazırda Avropada AB xaricindən 150 avrodan aşağı məhsul sifarişləri gömrük rüsumlarından azaddır. Bildirilib ki, 2024-cü ildə AB ölkələrinə göndərilən 150 avrodan aşağı bütün elektron ticarət paketlərinin 91%-i Çindən gəlir.

Avropa Komissiyası uzun müddətdir ki, Çində yerləşən Temu və AliExpress onlayn alış-veriş platformaları, eləcə də Çində qurulan Shein elektron ticarət şirkəti vasitəsilə edilən alış-verişlərə yeni vergilər tətbiq etmək üzərində işləyir. Keçən il təxminən 2 milyard bağlama gömrük rüsumundan azad edilmə şərti ilə Aİ-yə daxil olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://banco.az
archiveBu xəbər 13 Dekabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri