Avropa İttifaqı regionda davamlı sülhün bərqərar olmasında maraqlı deyil
Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Aİ missiyasının Ermənistan ərazisində fəaliyyətinin bundan sonra da davam etdirilməsi istiqamətində niyyət bəyanları birmənalı olaraq Vaşinqton razılaşmalarına müxalif qərardır.
Bunu Newscenter.az-a siyasi şərhçi Pərviz Mirizadə “Avropa İttifaqı və Ermənistan arasında imzalanan "Avropa İttifaqı - Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı sənədi şərh edərkən səsləndirib. O qeyd edib ki, onların məqsədi və bu vaxta qədər gördüyü işlər hər kəsə bəllidir:
“İndiki halda missiyanın varlığı və əhatə dairəsini genişləndirməsi sülhə təhdid məqamdır. Bütün bunlar onu deməyə əsas verir ki, Avropa İttifaqı verilən bəyanatların əksinə regionda davamlı sülhün bərqərar olmasında maraqlı deyil”.
Pərviz Mirizadə deyib ki, özünü ali dəyərlərin təəssübkeşi kimi göstərən Avropa İttifaqı heç zaman bizə qarşı ədalətli mövqe sərgiləməyib:
“Halbuki bütün beynəlxalq sənədlərdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi öz əksini tapmışdır. İndi də bölgədə sülhə təhdid yaradan yeganə mənbə məhz Ermənistanın revanşist dairələridir”.
Süleyman
Bu mövzuda digər xəbərlər:Fransa regionda sülhün bərqərar olmasında maraqlı deyil ŞƏRH
28 İyul 2025 22:46
Azərbaycan Avropa İttifaqı əməkdaşlığının davamlı inkişafı
13 Mart 2026 21:41
Rəsmi Moskva: İsrail regionda sülhün bərqərar olmasında Rusiyanın köməyinə güvənə bilər
27 Oktyabr 2026 02:49
Kallas: “Putin Ukraynada sülhün olmasında maraqlı deyil”
09 Sentyabr 2025 22:51
“Ukrayna tezliklə sülhün bərqərar olmasında maraqlıdır” Zelenski
09 Dekabr 2025 19:59
Baxış sayı:136
Bu xəbər 11 Dekabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















