Icma.az
close
up
RU
Azərbaycan Avropa İttifaqı əməkdaşlığının davamlı inkişafı

Azərbaycan Avropa İttifaqı əməkdaşlığının davamlı inkişafı

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta 11 mart 2026-cı il tarixdə  birgə mətbuat bəyanatı ilə çıxış etmiş və Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın mövcud vəziyyəti, gələcək perspektivləri, enerji təhlükəsizliyi, iqtisadi əlaqələr və regionda sülh məsələləri barədə fikirlərini bölüşmüş, tərəflər arasında əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdiyini bildirmişlər.

Ölkə başçısı vurğulamışdır ki, Azərbaycan və Avropa İttifaqı hazırda müxtəlif səviyyələrdə fəal tərəfdaşlıq mərhələsindədir. Son illər ərzində tərəflər arasında siyasi dialoq daha da intensivləşmiş, Avropa Komissiyasının nümayəndələri Azərbaycana bir neçə dəfə səfər etmişlər.

Statistik göstəricilərə görə, 2026-cı ilin yanvar ayında Azərbaycanın ticarət dövriyyəsinin təxminən 50 faizi Avropa İttifaqı ilə həyata keçirilmişdir. Bu isə Avropa İttifaqının Azərbaycan üçün ən böyük ticarət tərəfdaşı olduğunu göstərir. Prezident qeyd etmişdir ki, yaxın gələcəkdə yeni layihələr və investisiya imkanları nəticəsində ticarət əlaqələri daha da genişlənəcək və qarşılıqlı sərmayələr artacaq. Hazırda iqtisadi əlaqələr yüksək səviyyədə inkişaf edir.

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın ən mühüm istiqamətlərindən biri enerji sahəsidir. 2022-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənəd imzalanmışdır. Bu sənəd tərəflər arasında enerji əməkdaşlığının yeni yüksək  mərhələyə çatdığını göstərmişdir.

İndi Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan təbii qaz alır, ümumilikdə isə 16 ölkə Azərbaycan qazı ilə təmin olunur. Bu göstərici Azərbaycanın dünya miqyasında boru kəməri vasitəsilə qaz ixrac edən əsas ölkələrdən biri olduğunu göstərir. Azərbaycan qazı bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi  rol oynayır.

Dövlət başçısı İlham Əliyev bildirmişdir ki, yaxın illərdə Azərbaycanın qaz hasilatı daha da artacaq. Yeni yataqların istismara verilməsi nəticəsində növbəti iki-üç il ərzində əlavə 10 milyard kubmetr qaz hasil olunması planlaşdırılır.

Enerji sahəsində əməkdaşlığın digər mühüm istiqaməti bərpaolunan enerji sahəsidir. Azərbaycan külək, Günəş və su elektrik enerjisi layihələrinə böyük investisiyalar yatırır. Ölkədə ilin 300-dən çox günü günəşli olduğundan Günəş enerjisi üçün böyük potensial mövcuddur. Həmçinin, külək enerjisi də geniş inkişaf imkanları yaradır.

Bildirilmişdir ki, yaxın 5–6 il ərzində Azərbaycan 6–8 giqavat gücündə bərpaolunan enerji istehsal edərək onu ixrac etməyə hazır olacaq. Bu məqsədlə Avropa tərəfdaşları ilə birlikdə yeni elektrik ötürücü xətləri, dəniz dibi kabelləri və enerji infrastrukturu layihələri üzərində iş aparılır.

Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, Ermənistan ilə paraflanmış sülh sazişindən sonra regionda yeni imkanlar yaranmışdır. Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etsə də, ölkə yalnız son yeddi ay ərzində sülh şəraitində yaşayır.

Azərbaycan artıq Ermənistanla iqtisadi əlaqələrin qurulması istiqamətində addımlar atmağa başlamışdır. Belə ki, Ermənistana bəzi mühüm neft məhsullarının təchizatına başlanmış və digər ölkələrdən Ermənistan istiqamətinə Azərbaycan ərazisi vasitəsilə gedən yüklərin tranzitinə qoyulan məhdudiyyətlər aradan qaldırılmış və bu sahədə müvafiq işlər aparılmışdır.

Ölkə başçısı bildirmişdir ki, sülhün möhkəmlənməsi üçün hər iki tərəf siyasi iradə və sülhə sadiqlik nümayiş etdirməlidir. Onun sözlərinə görə, sülh dövlətlər və xalqlar arasında barışığın ən mühüm göstəricisidir və regionun gələcək inkişafı üçün böyük əhəmiyyət daşıyır.

Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq siyasi, iqtisadi və enerji sahələrində davamlı şəkildə inkişaf edir. Enerji təhlükəsizliyi, bərpaolunan enerji layihələri, ticarət əlaqələrinin genişlənməsi və regionda sülhün möhkəmləndirilməsi bu əməkdaşlığın əsas istiqamətlərini təşkil edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, tərəflər arasında dialoq və qarşılıqlı əməkdaşlıq gələcəkdə daha geniş imkanların yaranmasına şərait yaradacaq.

Hüseyn Şəkərəliyev

YAP Culfa rayon təşkilatının veteranı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Mart 2026 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri