Icma.az
close
up
RU
Avropa İttifaqı Rusiyaya necə dəstək verir? Sensaion hesabat YAYILDI

Avropa İttifaqı Rusiyaya necə dəstək verir? Sensaion hesabat YAYILDI

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyanın Ukraynaya qarşı təcavüzünün üçüncü ilində Avropalı iqtisadi təhlil mərkəzləri geniş bir araşdırma aparıblar.
Demokrat.az
-ın Vətəninfo.az-a istinadən məlumatına görə, bu araşdırmanın sonunda məlum olub ki, Avropa ittifaqı son üç ildə Rusiyanın qaz və neftinə Ukraynaya etdikləri yardımdan daha çox pul xərcləyiblər.
Araşdırmada vurğulanır ki, Avropanın 2024-cü ildə Rusiyadan 22 milyard avro maye yanacaq aldığı təxmin edilir, Amma Avropa İttifaqı Kiyevi dəstəkləmək üçün cəmi 19 milyard avro ayırıb.
İşğalın 3-cü ildönümü ilə bağlı hesabatda AB Ukraynaya maliyyə yardımından daha çox Rusiyanın maye yanacaqlarına pul xərcləyir.
Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (ETHTM) hesablamalarına görə, qitənin Vladimir Putinin işğal siyasətinin maliyyələşdirən yanacağa olan aludəçiliyini aradan qaldırmaq üçün aparılan səylərə baxmayaraq, AB müharibənin üçüncü ilində 21,9 milyard avro Rusiya nefti və qazı alıb.
(ETHTM) və Dünya İqtisadiyyatı İnstitutunun hesabatına görə, bu məbləğ Aİ-nin 2024-cü ildə Ukraynaya maliyyə yardımı üçün ayırdığı 18,7 milyard avrodan çoxdur.
ETHTM-nin analitiki və hesabatın həmmüəllifi Vaibhav Raqhunandan qeyd edib ki, Rusiyanın maye yanacaqlarının alınması, açıq şəkildə Kremlə maliyyə yardımı göndərməyə və onun işğalına şərait yaratmağa bənzəyir: “Bu təkcə Ukraynanın gələcəyini deyil, həm də Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün dərhal dayandırılmalıdır”.
Tədqiqatçılar işğalın üçüncü ilində bütün dünyada satılan Rusiya yanacaqlarının dəyərini hesablamaq üçün ticarət məlumatlarını toplayıblar. Onlar yanvar ayında idxala əsasən 2025-ci ilin fevral ayı üçün hələ mövcud olmayan məlumatları proqnozlaşdırırlar.
2024-cü təqvim ilində Aİ Rusiyanın qalıq yanacaq idxalına Ukrayna üçün ayırdığından 39% daha çox xərcləyib. Yardım rəqəminə hərbi və ya humanitar yardımlar daxil deyil.
Təhlildə iştirak etməyən iqtisadçı Christoph Trebesch, Avropa donorlarının ildə orta hesabla ÜDM-in 0,1%-dən az xərcləməsi ilə keçmiş müharibələrlə müqayisədə donorların Ukraynaya səfərbər etdiyi yardım arasında təəccüblü fərq olduğunu bildirb.
O qeyd edib ki, bir çox ölkələr keçmiş münaqişələrdə daha səxavətli idi.
“Almaniya, məsələn, 1990/91-ci illərdə Küveytin azad edilməsi üçün müqayisə olunan müddətdə Ukraynaya etdiyindən daha tez, daha çox yardım edib”.
Hesabatda, həmçinin Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının üçüncü ilində qlobal qalıq yanacaq ixracından 242 milyard avro qazandığı, müharibənin başlanmasından bəri ölkə sanksiyalara uyğunlaşdıqca “indi trilyon rəqəmə yaxınlaşan” gəlir əldə edildiyini də vurğulanır.
Hesabatda eyni zamanda qeyd edilir ki, Rusiya vergi gəlirlərinin yarısını neft və qaz sektorundan əldə edir və yanacaqları köhnə və sığortalanmamış tankerlərdən ibarət “kölgə donanması”na daşımaqla sanksiyalardan yan keçməyə çalışır.
ETHTM –nin araşdırmalarına görə, bu donamalar qalıq yanacaq ixracından əldə olunan gəlirlərin təxminən üçdə birinin daşınmasına cavabdehdir.
Məlumatda qeyd edilir ki, Aİ ölkələri Rusiyaya qarşı yeni, 16-cı sanksiyar pakentini müzakirə edən zaman, Rusiyanın kölgə donanmasını hədəf almaq üçün yeni tədbirlər haqqında razılığa gəliblər.
Tədqiqatçılar Rusiyanın qalıq yanacaq gəlirlərinin mövcud sanksiyaları gücləndirməklə və boşluqları aradan qaldırmaqla 20% azala biləcəyini təxmin ediblər. Məlumata görə, bu sanksiyalara Avropanın başqa ölkədə emal olunmuş Rusiya xammalının ala biləcəyi “emal boşluğunun” bağlanması və “Türk axını” boru kəməri ilə qaz axınının məhdudlaşdırılması daxildir.
Hesabatda həmçinin mayeləşdirilmiş təbii qaza qarşı mübarizəyə çağırılıb. Avropa Ukrayna müharibəsi başlayandan bəri boru kəməri ilə Rusiya qazının idxalını azaldıb, lakin Rusiyadan da daxil olmaqla, həddindən artıq soyudulmuş qazın tədarükü ilə enerji aclığının bir hissəsini ödəyib.
Rystad Energy-nin qaz analitiki Yan-Erik Fähnrich, müharibə başlayandan bəri Aİ və Böyük Britaniyada mayeləşdirilmiş təbii qazın rolunun dramatik şəkildə artdığını və müharibədən əvvəlki ən yüksək 2019-cu ildəki 81,3 milyon tondan 2022-ci ildə 119 milyon tona yüksəldiyini vurğulayıb.Onun sözlərinə görə Rusiya ötən il Avropaya mayeləşdirilmiş təbii qazın ixracını həyata keçirən ilk ikinci yerdə dayanıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Fevral 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri