Avropa İttifaqı Rusiyaya qarşı 16cı sanksiyalar paketi üzərində işləyir AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 17 dekabr, AZƏRTAC
Avropa İttifaqı ölkələri Rusiyaya qarşı növbəti sanksiyalar paketinə dair məsləhətləşmələr aparır.
AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni deyib.
“İtaliya sanksiyalar baxımından öz rolunu oynamağa davam edəcək. Biz bu yaxınlarda 15-ci sanksiya paketini dəstəklədik. Hazırda 16-cı paket üzərində iş gedir”, - deyə Meloni İtaliya parlamentində çıxışı zamanı bildirib.
Avropa İttifaqı bazar ertəsi günü 15-ci sanksiyalar paketini dərc edib. Həmin paket xüsusən neft və maye qaz daşıyan bir sıra tankerlərə qarşı məhdudlaşdırıcı tədbirlər nəzərdə tutur. Bundan əlavə, Avropa İttifaqı sanksiya siyahılarını yeniləyib, oraya onlarla fiziki və hüquqi şəxsin adlarını əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 17 Dekabr 2024 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















