Avropa İttifaqı silahlanmaya 800 milyard avro ayırır
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Leyen ümumi büdcəsi 800 milyard avro təşkil edəcək Aİ-nin yenidən silahlanma planını təqdim edib.
Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, Avropa Komissiyası Aİ-də hava hücumundan müdafiə vasitələrinin istehsalı və Ukrayna üçün silah istehsalı ilə bağlı kredit şəklində 150 milyard avro cəlb etmək niyyətindədir.
“Avropa öz müdafiə xərclərini artırmağa hazırdır. İlk növbədə qısamüddətli perspektivdə Ukraynanın dəstəklənməsi üçün, uzunmüddətli perspektivdə isə öz təhlükəsizliyinin təmin edilməsi üçün”, – o bildirib.
U.Leyenin sözlərinə görə, Avropa Şurasının iclası ərəfəsində beş əsas istiqaməti əhatə edən “ReArm Europe” planı təqdim edilib.
Buraya dövlət müdafiə maliyyələşməsinin aktivləşdirilməsi, yeni maliyyələşdirmə aləti, Aİ büdcəsindən istifadəsi, özəl kapitalın cəlb edilməsi daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 04 Mart 2025 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















