Icma.az
close
up
RU
Avropa İttifaqı Ukraynanın büdcə kəsirini ödəmək niyyətindədir

Avropa İttifaqı Ukraynanın büdcə kəsirini ödəmək niyyətindədir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 8 iyul, AZƏRTAC

Brüssel 2026-cı il üçün Ukraynanın 19 milyard dollarlıq büdcə kəsirini ödəmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, “Financial Times” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb.

Avropa Komissiyası hazırda Aİ-yə üzv dövlətlərlə müxtəlif maliyyə variantlarını müzakirə edir. Bunlara büdcədənkənar qrantlar şəklində Ukraynaya hərbi dəstəyin göstərilməsi, Kiyev üçün mövcud olan 50 milyard dollarlıq G7 dəstək proqramından kreditlər üzrə avanslar və dondurulmuş Rusiya aktivlərindən istifadə daxildir.

Nəşrin məlumatına görə, Brüssel Ukraynanın yenidən qurulmasının maliyyələşdirilməsinə dair həftəsonu Romada keçiriləcək sammit ərəfəsində yeni maliyyə mənbələri tapmağa çalışır. Beynəlxalq Valyuta Fondu isə Ukraynanın gələn il üçün maliyyə ehtiyaclarının, döyüşlərin yalnız bu il və ya 2026-cı ilin ortalarında başa çatacağı təqdirdə ödəniləcəyini bildirib.

Avropa İttifaqının diplomatlarından birinin sözlərinə görə, ABŞ-ın Kiyevə gələcək hərbi dəstəyinin perspektivləri qeyri-müəyyəndir və bu səbəbdən Brüssel Ukraynanın ehtiyaclarını qış başlamadan əvvəl ödəmək istəyir. Kiyev isə hərbi dəstəyi qrantlar şəklində almaq niyyətindədir və bunu “Ukraynanın qitədə təhlükəsizlik üçün göstərdiyi xidmətin” ödənişi kimi qiymətləndirir.

İyulun əvvəlində Ukrayna Beynəlxalq Valyuta Fondundan 500 milyon dollarlıq növbəti - doqquzuncu maliyyə tranşını alıb. Ukraynanın Baş naziri Denis Şmıqalın sözlərinə görə, həmin vəsait büdcənin prioritet ehtiyaclarını ödəmək üçün istifadə olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:253
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyul 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see586

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see251

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri