Icma.az
close
up
RU
Brüssel Ukraynanın büdcə kəsirini ödəyəcək

Brüssel Ukraynanın büdcə kəsirini ödəyəcək

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Aİ Ukraynada nə məqsəd güdür?

Avropa İttifaqı 2026-cı il üçün Ukraynanın 19 milyard dollarlıq büdcə kəsirini ödəmək niyyətindədir. Belə ki, “Financial Times” nəşrinin məlumatına görə, Avropa Komissiyası hazırda Aİ-yə üzv dövlətlərlə müxtəlif maliyyə variantlarını müzakirə edir. Müzakirə predmentinə büdcədənkənar qrantlar şəkilində Ukraynaya hərbi dəstəyin göstərilməsi, Kiyev üçün mövcud olan 50 milyard dollarlıq G7 dəstək proqramından kreditlər üzrə avanslar və dondurulmuş Rusiya aktivlərindən istifadə daxildir. Nəşrin məlumatında qeyd olunur ki, Brüssel Ukraynanın yenidən qurulmasının maliyyələşdirilməsinə dair həftəsonu Romada keçiriləcək sammit ərəfəsində yeni maliyyə mənbələri tapmağa çalışır. Xüsusilə qeyd etmək lazımdır ki, Avropa Komissiyası Ukraynaya maliyyə dəstəyini davam etdirmək üçün Avropa İttifaqının 2028-2034-cü illər üçün növbəti yeddiillik büdcə layihəsinə 100 milyard avro məbləğində ayrıca bənd daxil edib. “Bloomberg” agentliyi iddia edir ki, Avropa Komissiyasının bu addımı Ukraynada iqtisadi-siyasi vəziyyətin nizamlanmasının zərurətindən irəli gəlir. Beynəlxalq Valyuta Fondu isə Ukraynanın gələn il üçün maliyyə ehtiyaclarının, döyüşlərin yalnız bu il və ya 2026-cı ilin ortalarında başa çatacağı təqdirdə ödəniləcəyini bildirib. İyulun əvvəlində Ukrayna Beynəlxalq Valyuta Fondundan 500 milyon dollarlıq növbəti maliyyə tranşını alıb. Ukraynanın Baş naziri Denis Şmıqal yerli KİV-lərə açıqlamasında bildirib ki, həmin vəsait büdcənin prioritet ehtiyaclarını ödəmək üçün istifadə olunacaq.

Xatırladaq ki, Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri Avropa İttifaqının və onun üzvü olan dövlətlərin Ukraynaya maliyyə, iqtisadi və hərbi yardımı 160 milyard avro təşkil edib - bu vəsaitlər çoxsaylı fərdi proqramlar, kredit şəklində ayrılıb.

100 milyardlıq fond 

Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi eksperti Sultan Zahidov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Brüssel Ukraynanı bütün növ yardımlarla təmin etmək üçün xüsusi fond yaratmaq niyyətindədir. “Bu yaxınlarda Brüsseldə Avropa İttifaqına üzv ölkələrinin maliyyə nazirlərinin baş tutan son görüşündə Ukraynaya maliyyə-iqtisadi, hərbi və humanitar yardımların daha da genişləndirilməsi ilə bağlı ətraflı müzakirələr aparılıb. Bu görüşdə Ukrayna üçün 100 milyard avro dəyərində fondun yaradılması təklif olundu. Belə fikir yürüdülüb ki, 2028-2034 - cü illərdə Kiyevin maddi ehtiyacları və tələbatları bu fondun vəsaiti hesabına mərhələli şəkildə ödənilsin.  Bu, kifayət qədər böyük məbləğdir,” - deyə S.Zahidov əlavə edib ki, hazırda belə bir fond ilkin təklif kimi irəli sürülür; “Aİ-nin üzv ölkələrinin rəhbərlərinin və nazirlərinin gələcək görüşlərində bu məsələ ətrafında geniş fikir mübadiləsi aparılacaq. Bu təklifin həyata keçib-keçməyəcəyinə gəlincə, bu, Aİ-nin üzv ölkələrinin ümumi mövqeyindən asılı olacaq”. Ekspert, həmçinin bildirib ki, Ukraynaya G7-nin ERA proqramı çərçivəsində də maliyyə dəstəyi göstərilir: “G7 ölkələri Ukraynaya 50 milyard dollar dəyərində maliyyə yardımı ayırıblar. Artıq bu vəsaitin 17 milyardı Kiyevə verilib. Kanada əlavə olaraq, Ukraynanı 1.4 milyard dollar ilə təmin edib. Sözsüz ki, G7-nin ERA proqramı çərçivəsində Ukraynaya ayrılan maliyyə vəsaitləri Rusiyanın dondurulmuş aktivlərindən əldə olunur. O ki qaldı Ukraynanın 19 milyard dollarlıq büdcə kəsirinin Brüssel tərəfindən ödənilməsinə, hesab edirəm ki, Brüssel bu kəsiri qrantlar şəkilində ayrılan yardımlar, o cümlədən G7-nin ERA proqramının maliyyə vəsaitləri və Rusiyanın dondurulmuş aktivləri hesabına ödəməyə çalışacaq”.

BVF Ukraynaya yardımı davam etdirəcək, amma....

“Bu günə qədər Beynəlxalq Valyuta Fondu Ukraynaya 15.6 milyard dollar dəyərində maliyyə dəstəyi göstərib. BVF Ukraynaya maliyyə yardımlarını davam etdirəcək. Amma nəzərə almaq lazımdır ki, təşkilatın işləri təkcə Ukrayna ilə məhdudlaşmır. BFV digər kasıb ölkələrin də ehtiyaclarını qarşılamalıdır. Ona görə də Kiyev BFV-yə tam arxayın olmamalıdır,”- deyə S.Zahidov vurğulayıb.

Aİ-nin məqsədi

Ekspert hesab edir ki, Avropa İttifaqının Ukraynaya maliyyə-iqtisadi yardımları davam etdirməsi, xüsusilə Ukraynanın büdcə kəsirini ödəməyi öz üzərinə götürməsi bir sıra məqsədlərə istiqamətlənib: “Aİ istəyir ki, Ukrayna Rusiya ilə müharibədə ağır məğlubiyyətə düçar olmasın, daha çox ərazi itirməsin və Rusiyaya daha qətiyyətli müqavimət göstərsin. Eyni zamanda, Brüsseldə hesab edirlər ki, Avropa çox böyük təhlükə ilə üz-üzə qalıb və bu təhlükədən özlərini sığortalamaq istəyirlər. Ona görə də Aİ Ukraynaya maliyyə-iqtisadi və hərbi yardımları davam etdirməkdə maraqlıdır. Aİ-nin Ukraynaya yardımları təxminən 160 milyard avroya çatıb”.

Aİ bu yükü ABŞ və BVF ilə bölüşəcək?

Bu məsələ ilə bağlı ekspertin fikrinə gəlincə, o, qeyd edib ki, Aİ Ukraynada yenidənqurma işlərinin maliyyələşdirilməsində ən ağır yükü öz üzərinə götürmək məcburiyyətində qala bilər: “Hesab etmirəm ki, BVF bu məsələdə Aİ ilə birlikdə hərəkət edəcək. ABŞ-ın mövqeyi isə qeyri-müəyyən olaraq qalır. Əsas yük Brüsselin üzərinə düşəcək. Bunun nə dərəcədə effektiv olub-olmayacağını yalnız zaman göstərəcək”.

Yunis ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 İyul 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see948

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see424

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see330

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see248

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see235

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see234

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see226

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see216

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see206

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see205

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see196

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see195

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see193

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see190

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see188

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see187

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see183

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see177

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri