Icma.az
close
up
RU
Avropa İttifaqının “Cənubi Qafqaz nağılı”: deyilənlər və olanlar

Avropa İttifaqının “Cənubi Qafqaz nağılı”: deyilənlər və olanlar

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlük müzakirələrini 2028-ci ilə qədər təxirə salmaq qərarı Tbilisidə böyük etirazlara səbəb oldu. Minlərlə insan küçələrə çıxaraq hakimiyyəti "Avropa yolunu satmaqda" ittiham etdi. Bu şüarlar beynəlxalq medianın diqqətini cəlb etsə də, bu etiraz teatrının arxasında daha dərin ziddiyyətlər dayanır. Gürcüstan Cənubi Qafqazın digər ölkələri kimi, mürəkkəb geosiyasi torun içindədir və Avropa inteqrasiyası arzuları iqtisadiyyatın, coğrafiyanın və beynəlxalq münasibətlərin sərt reallıqları ilə üz-üzə gəlir.

Ümumiyyətlə, Avropa inteqrasiyası mövzusu Cənubi Qafqazda artıq çoxdan siyasi alətə çevrilib - həm hakim elitalar, həm də müxalifət üçün manifest rolunu oynayır. Amma bu manipulyasiyaların arxasında əsas sual gizlənir: Gürcüstan, Ermənistan və ya Azərbaycan ümumiyyətlə Avropa İttifaqının bir hissəsi ola bilərmi? Aİ-nin prinsiplərinə görə, namizəd dövlətlər İttifaq ilə birbaşa quru sərhədinə malik olmalı və sərt iqtisadi və siyasi meyarlara cavab verməlidir. Avropadan Türkiyə ilə ayrılan Cənubi Qafqaz, Avropa inteqrasiyasını əlçatmaz miraja çevirən aşılmaz baryerlərlə qarşılaşır.

Avropa İttifaqı yalnız dövlətlər birliyi deyil, həm də ümumi infrastruktur, bazarlar və nəqliyyat dəhlizləri ilə bağlı coğrafi məkandır. Türkiyədən o biri tərəfdə yerləşən Cənubi Qafqaz coğrafi uzaqlığının əsirinə çevrilib. Özü yarım əsrdən çoxdur üzvlük gözləyən Türkiyə, regionu Avropa ilə birləşdirən yeganə körpüdür. Lakin bu körpü zəifdir və Ankaranın üzvlük perspektivləri insan haqlarının pozulması və avtoritarizm ittihamları fonunda solğunlaşır. Türkiyəsiz Gürcüstanın Avropa inteqrasiyası ilə bağlı istənilən müzakirəsi yalnız siyasi fantaziyadır.

Regionun iqtisadi geriliyi başqa bir aşılmaz maneədir. 2023-cü ildə Gürcüstanda adambaşına düşən ÜDM cəmi 6000 ABŞ dolları təşkil edib ki, bu da Aİ ölkələrinin minimum səviyyəsindən altı dəfə aşağıdır. Bundan əlavə, Ermənistanla Gürcüstanda institusional zəiflik, sistemli korrupsiya və məhkəmə sisteminin yetərsiz müstəqilliyi Brüsselin etimadını sarsıtmağa davam edir. Avropa hüququn aliliyi, sabit demokratiya və şəffaflıq tələb edir, lakin Ermənistanla Gürcüstan islahatlara baxmayaraq, bu standartlardan hələ də çox uzaqdır.

Tbilisidəki etirazlar Gürcüstan cəmiyyətində dərin bölünmənin təzahürünə çevrilib. Müxalifət "Avropa yolu" ilə "təcrid" arasında qara-ağ seçim mənzərəsi yaradır. Lakin bu ikili yanaşma illüziyadır. Gürcüstanın heç bir hökuməti Avropa İttifaqından üzvlüyə zəmanət verən konkret fəaliyyət planı almayıb. Aİ liderləri, o cümlədən Ursula fon der Lyayen dəfələrlə vurğulayıblar ki, Avropaya inteqrasiya onilliklər tələb edən islahatlar prosesidir.

Etirazlar bir rituala çevrilib: Avropa inteqrasiyası bayraq rolunu oynayır, demokratiya ilə bağlı şüarlar isə səfərbərlik vasitəsidir. Lakin bu fasadın arxasında sual qalır: Avropa həqiqətən Gürcüstana qapılarını açmağa hazırdırmı? Yoxsa bu, sadəcə regionu öz təsir dairəsində saxlamaq üçün bir üsuldur?

Qərbi Balkan ölkələrinin təcrübəsi Aİ-yə gedən yolun nə qədər çətin və uzun olduğunu göstərir. Serbiya, Monteneqro və Şimali Makedoniya coğrafi yaxınlıqlarına baxmayaraq, onilliklərdir müzakirələr aparır. 2022-ci ildə namizəd statusu almış Ukrayna və Moldova istisna deyil: onların perspektivləri genişmiqyaslı islahatların uğurundan asılıdır ki, bu da onilliklər çəkə bilər.

Cənubi Qafqaz isə daha da uzaqda yerləşir. Avropa İttifaqı ilə quru sərhədinin və inkişaf etmiş infrastrukturun olmaması regionu təcrid olunmuş vəziyyətdə saxlayır. Aİ üçün açar logistika dəhlizi olan Türkiyə özü də üzvlük edə bilmir və bu geosiyasi çıxılmaz vəziyyət Gürcüstanı qlobal oyunların əsirinə çevirir.

Avropa İttifaqı yumşaq güc strategiyasına üstünlük verir: humanitar proqramlar, iqtisadi əməkdaşlıq, siyasi məsləhətləşmələr. Bəs, üzvlük vədi? Bu, əsasən ritorika səviyyəsində qalır. Ermənistan və Gürcüstan Avropa İttifaqı ilə quru sərhədi olmayan bir ölkə olaraq, fundamental maneələrlə qarşılaşır. Aİ indiyə qədər quru sərhədi olmayan heç bir ölkəni üzv qəbul etməyib. Hətta quru sərhədi olmasına baxmayaraq, Türkiyə belə, siyasi və iqtisadi baryerləri aşa bilməyib.

Bu gün Gürcüstan elə bir qovşaqda yerləşib ki, burada şərqin reallıqları qərbin arzuları ilə toqquşur. Avropa inteqrasiyası parıldayan bir miraj kimi, hələ də etirazlara və siyasi müzakirələrə ilham verir. Lakin bu arzunun arxasında acı bir həqiqət gizlənir: Avropa uzaqdadır və ona gedən yol geosiyasi ziddiyyətlərin, iqtisadi zəifliyin və institusional yetkinlik çatışmazlığının tikanları ilə örtülüb.

Tbilisinin küçələri qaynar, şüarlar faktlardan daha yüksək səsləndiyi halda, bir sual açıq qalır: Gürcüstan nə zaman anlayacaq ki, onun gələcəyi Avropa İttifaqının deyil, öz əlindədir?

Avropa İttifaqına üzvlük meyarları siyasi, iqtisadi, infrastruktur və coğrafi tələblərdən ibarət mürəkkəb bir mozaikadır. Bu meyarlar 1993-cü ildə qəbul edilmiş Kopenhagen sazişlərində təsbit olunmuş və Avropa dövlətlərinin elit klubuna daxil olmaq istəyən namizəd ölkələrin yerinə yetirməli olduğu qaydalar toplusu kimi müəyyənləşdirilmişdir.

Kopenhagen meyarları aşağıdakıları tələb edir:

Siyasi yetkinlik: Sabit demokratik institutlar, insan hüquqlarına və qanunun aliliyinə hörmət.
İqtisadi dayanıqlıq: Ümumi Aİ bazarında rəqabətə tab gətirə biləcək inkişaf etmiş bazar iqtisadiyyatı.
İnfrastruktur inteqrasiyası: Nəqliyyat, institusional və iqtisadi sistemlərə inteqrasiya hazırlığı.

Bu meyarlar universal və ədalətli görünə bilər, lakin reallıq göstərir ki, Cənubi Qafqaz ölkələri üçün hətta əsas tələbləri yerinə yetirmək demək olar ki, mümkünsüzdür.

Kopenhagen meyarları formal olaraq Aİ ilə quru sərhədinin vacibliyini qeyd etməsə də, bu sərhədin olmaması aşılmaz baryerlər yaradır. Çünki Aİ iqtisadiyyatı malların, xidmətlərin və işçi qüvvəsinin maneəsiz hərəkətindən asılı olan mürəkkəb bir sistemdir. Quru sərhədi olmadan bu sistemə inteqrasiya baha başa gəlir və texniki cəhətdən çətin olur.

Həm Gürcüstan, həm də Ermənistan coğrafi təcriddə qalır, sabit olmayan Yaxın Şərqlə, sanksiyalara məruz qalan Rusiya ilə və Avropa İttifaqı qapısında onilliklərdir gözləyən Türkiyə ilə əhatələnib.

Təbii, Aİ tarixi coğrafi məhdudiyyətlərə baxmayaraq, bəzi ölkələrin İttifaqa üzv olması nümunələrini tanıyır. Bu istisnalar göstərir ki, belə hallar yalnız unikal şərait tələb edir:

Kipr: Böyük Britaniya ilə tarixi bağlar və Aralıq dənizindəki strateji əhəmiyyəti, adanı uzaqlığına baxmayaraq, Aİ-nin bir hissəsinə çevirdi.
İslandiya: İqtisadi güc və Aİ standartlarına uyğunluq, ölkəyə formal üzvlükdən qaçaraq Avropa İqtisadi Zonasına daxil olmaq imkanı verdi.

Fəqət Gürcüstan və Ermənistan bu presedentlərdən yararlana bilməz. Güclü iqtisadiyyatın olmaması, qonşularından dərin asılılıq və geosiyasi qeyri-sabitlik onlara bu cür üstünlüyü rəva görmür.

Belədirsə, Tbilisi ilə İrəvanın Aİ strategiyaları sadəcə, illüzor strategiya təsiri bağışlayır.

Ermənilərlə gürcülər üçün acı olsa da, gerçəkdir...

Elçin Alıoğlu
TREND

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:279
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Dekabr 2024 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see585

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see533

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see376

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see283

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see281

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see255

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see254

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see247

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see246

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see245

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see222

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see220

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see220

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see217

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see214

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see214

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see213

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see212

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see211

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri