Avropa İttifaqının əhalisi 2100 cü ilə qədər 11,7% və ya 53 milyon nəfər azalacaq
Marja.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünyada əhalinin qocalması prosesi Avropada da dərinləşərək davam edir.
Marja.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) ümumi əhalisinin 2100-cü ilə qədər 11,7% azalacağı proqnozlaşdırılır.
Avropa Statistika İdaərsi (Eurostat) mövcud əhali məlumatlarına əsaslanaraq gələcəkdə əhalinin sayının və tərkibinin proqnozlaşdırıldığı hesabatı ictimaiyyətə təqdim edib.
Proqnoza görə, Aİ əhalisinin 2100-cü ilə qədər təxminən 53 milyon nəfər azalaraq 398,8 milyona düşəcəyi gözlənilir.
2025-ci ildə 451,8 milyon nəfər olan Aİ əhalisinin 2029-cu ildə 453,3 milyon nəfərlə ən yüksək səviyyəyə çatacağı gözlənilir. Proqnozda qeyd olunur ki, 2025–2100-cü illər dövründə Aİ əhalisi ümumilikdə 11,7% azalacaq.
Gənc və işləyən əhali azalacaq
Proqnozda 2025–2100-cü illər dövründə ümumi əhali strukturunda uşaqların, gənclərin və əmək qabiliyyətli yaşda olan insanların payının azalacağına diqqət çəkilir. Bu dövrdə 0–19 yaş qrupunun payının 20%-dən 17%-ə, 20–64 yaş qrupunun payının isə 58%-dən 50%-ə enəcəyi gözlənilir.
Yaşlı əhalinin payı artacaq
Proqnoza görə, yaşlı əhalinin payı isə artacaq. Belə ki, 2025-ci ildə 65–79 yaş qrupunun ümumi əhali içində payı 16% olduğu halda, 2100-cü ildə bu göstəricinin 17%-ə yüksələcəyi gözlənilir.
Eyni zamanda, 80 yaş və daha yuxarı əhalinin payının 6%-dən 16%-ə qədər artacağı proqnozlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 20 Aprel 2026 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















