Avropa İttifaqının əhalisi 452 milyona yüksəldi
Icma.az, Metbuat portalına istinadən məlumat yayır.
Avropa İttifaqına (Aİ) üzv 27 ölkənin ümumi əhalisi 2026-cı ilin əvvəlinə 452 milyona yüksəlib.
Metbuat.az xəbər verir ki, bu barədə Avropa Statistika Ofisinin (Eurostat) yaydığı hesabatda bildirilib. Məlumata görə, Aİ əhalisi ötən illə müqayisədə 706 min nəfər artıb.
Beləliklə, Covid-19 pandemiyası dövründə qeydə alınan azalmanın ardından Aİ-də əhali artımı ardıcıl beşinci ildir davam edir. Son 10 ildə birlik ölkələrinin əhalisi 8 milyon, son 20 ildə isə 16 milyon nəfər artıb.
Statistikaya əsasən, Aİ-nin ən çox əhalisi olan ölkəsi 83,5 milyon nəfərlə Almaniyadır. Sonrakı yerlərdə 69,1 milyon nəfərlə Fransa, 58,9 milyon nəfərlə İtaliya, 49,6 milyon nəfərlə İspaniya və 36,3 milyon nəfərlə Polşa qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 10 İyul 2026 22:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















