Icma.az
close
up
RU
Avropa İttifaqının Ermənistana açıq dəstəyi nə ilə bağlıdır?

Avropa İttifaqının Ermənistana açıq dəstəyi nə ilə bağlıdır?

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanla Avropa İttifaqı arasındakı münasibətlərin inkişafı yeni mərhələyə qədəm qoyub.

Artıq yaxın dövrlərdən Ermənistan vətəndaşları sadələşdirilmiş viza ilə Avropa İttifaqına səfər edə, çalışa bilərlər.

Bundan başqa Avropa İttifaqı Ermənistandakı islahatların gücləndirilməsi məqsədiylə bu ölkəyə yardımları da ayırır. 

Bu proses Gürcüstanla Avropa İttifaqı arasındakı gərginlik dönəminə təsadüf edir. 

Bəs görəsən, Ermənistana bu qədər açıq dəstək Gürcüstanın itirilməsi ilə bağlı ola bilərmi? 

Cənubi Qafqazı əldən vermək istəməyən Aİ Ermənistanın sayəsində bunu edir. 

Azərbaycanda insan haqları problemlərinin olması Aİ ilə ölkəmiz arasındakı yaxınlaşmanı çətinləşdirdiyindən yeganə ümid Ermənistandır.

Siyasi şərhçi Rauf Mirqədirov Gununsesi.info-ya açıqlamasında Aİ-nin Cənubi Qafqaz siyasətini şərh edib.

“Sözsüz ki, Gürcüstanın indiki siyasəti Avropa Birliyini və bütövlükdə Qərbi narahat edir. Yəni onların maraqlarına cavab vermir. Amma Ermənistanla münasibətlərin Gürcüstanın itirilməsi ilə əlaqələndirilməsi bir qədər düzgün deyil. Mən düşünürəm ki, hələ ki, Gürcüstan uğrunda mübarizə gedir. Bu mübarizənin nə ilə nəticələnəcəyi məlum deyil. Ermənistanla münasibətlər tamamilə başqa bir faktdır. Söhbət orta dəhlizdən gedir və orta dəhlizin bugünkü günə qədər genişləndirilməsindən gedir. Gürcüstan Avropanın tərkib hissəsi ola da bilər, olmaya da bilər. Amma bu orta dəhlizin tərkib hissəsi olmasından imtina etməyəcək. Çünki bu onun üçün vacibdir. Gürcüstanın resursları və imkanları Avropanın ehtiyaclarını tam ödəyə biləcək səviyyədə deyil. Ona görə də orta dəhlizin genişləndirilməsi quru yollarının,  dəmir yollarının diversifikasiyası orta dəhliz çərçivəsində çox vacibdir və Ermənistanla münasibətlər bunun üzərindən qurulur”.

Ekspertin sözlərinə görə, Türkiyə-Ermənistan-Azərbaycan münasibətlərinin sabitləşdirilməsi bu baxımdan Qərb üçün həddindən artıq önəmlidir: “Ermənistanın Rusiyanın təsirindən çıxarılması bu baxımdan Qərb üçün önəmlidir. Sözsüz ki, Ermənistanın  xarici siyasətini dəstəkləyənlər bu siyasəti davam etdirməyə çalışırlar. Rusiya isə bu siyasətin qarşısını almağa çalışır. Əslində bu gün Ermənistan üzərində,dolayısı yolla Azərbaycan üzərində də Rusiya ilə Qərb arasında müəyyən bir mübarizə gedir. Mübarizənin nəticələri təəssüflər olsun ki, daha çox kənar amildən, yəni Rusiya-Ukrayna müharibəsinin nəticələrindən asılıdır. Buna görə hələ ki, region dövlətləri birmənalı seçim edə bilmirlər. Birmənalı seçim etməkdən çəkinirlər”.

Günel

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 31 İyul 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri