Icma.az
close
up
RU
Deputatdan şok açıqlama: “Avropa İttifaqının Sülh Fondu vasitəsilə Ermənistana hərbi yardımlar çatdırılır”

Deputatdan şok açıqlama: “Avropa İttifaqının Sülh Fondu vasitəsilə Ermənistana hərbi yardımlar çatdırılır”

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

“Son vaxtlar Ermənistanda müharibə ritorikası ilə balı açıq şəkildə danışmaq adi bir hala çevrilib”. 
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.
O qeyd edib ki, Paşinyan hakimiyyəti sülh danışıqları ilə bağlı ictimaiyyəti aldadır və onun hərəkətləri sürətlə müharibəyə hazırlaşdığını sübut edir:
“Belə ki, 1 apreldən 10 həftəlik ehtiyyatda olan hərbiçilərin çağırılması Ermənistanın yeni bir təxribata və ya da müharibəyə hazırlaşdığını göstərir. Ermənistan 2022-ci ildən sonra sürətlə silahlanmağa başlayıb. 
Hindistandan 15 AKAŞ raket kompleksinin alınması ilə bağlı 710 milyon dollarlıq müqavilənin bağlanması və bu komplekslərin gətirilməsinə başlanması, Fransada CAESAR özüyeriyən artileriya qurğuları, zirehli avtomobillər, raket kompleksləri və silahların alınmasının davam etdirilməsi heç də sülh niyyətlərindən xəbər vermir. Avropa İttifaqının Sülh Fondu vasitəsilə Ermənistana hərbi yardımlar çatdırılır və digər ölkələrlə də hərbi sahədə əməkdaşlıq dərinləşdirilib”.
Deputat vurğulayıb ki, Ermənistan şərti sərhəddə onlarla fortifikasiya qurğusu tikir və hücum üçün dayaq nöqtələri formalaşdırır:
“Aİ-nın kəşfiyyatçılarının da son vaxtlar şərti sərhəddə aktiv müşahidələr apardığı və Azərbaycan ordusunun dislokasiyası ilə bağlı kəşfiyyat məlumatlarının Ermənistan ordusuna verilməsi onların çirkin planlarının tərkib hissəsidir. 
Hətta, mətbuatda verilən məlumatlara görə, Ermənistan aprel ayında ildırım sürətli müharibəyə başlayaraq şərti sərhədə yaxın ərazilərimizi yenidən işğal etməyi planlaşdırır. 
Amma onlar unudurlar ki, Dəmir Yumruq yerindədir. Əgər Ermənistan yenidən planlaşdırdığı təcavüzün həyata keçirilməsinə başlasa, cavabımız çox ağır olacaqdır. Nə qədər ki, gec deyil, onlar ağıllarını başlarına yığıb müharibə başlatmasalar, nə baş verəcəyini düşünsünlər. Ordumuz öz ərazilərinin bütövlüyünü qorumağa həmişəkindən də güclü şəkildə hər zaman hazırdır. 
Əgər Ermənistan yenidən işğal etmək niyyəti ilə müharibəyə başlasa, Hindistandan və Fransadan aldıqları döyüş texnikaları da Zəfər Parkımızı bəzəyəcəkdir. Çünki Zəfər Parkımızda yeni eksponatlar üçün kifayət qədər yer vardır. O cümlədən, erməni xalqı yeni tabutların qarşılanmasına hazır olsun”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Mart 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri