Avropa İttifaqının müdafiə üzrə komissarı Ukraynaya gəlib
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
...SİA “RİA Novosti”-yə istinadən xəbər verir ki, Avropa İttifaqının müdafiə və kosmos üzrə yeni komissarı Andrius Kubilius ilk dəfə Ukraynaya gəlib.
Kiyevdə o, Ukrayna rəsmiləri ilə silah tədarükü məsələsini müzakirə edib.
Ukraynanın baş naziri Denis Şmıqal və xarici işlər naziri Andrey Sibiqa ilə görüşdə Ukrayna və Avropa İttifaqının müdafiə sahəsində necə qarşılıqlı əlaqədə olacağı müzakirə olunub.
Digər məsələlərlə yanaşı, Kiyevə mərmi və hava hücumundan müdafiə sistemlərinin tədarükü müzakirə olunub. Bundan əlavə, Avropa komissarı Ukrayna və Avropa İttifaqının müdafiə şirkətləri arasında əməkdaşlıqdan danışıb.
Bundan əvvəl Kubilius bildirmişdi ki, sanksiyalara baxmayaraq, Rusiya üç ay ərzində bütün Avropadan daha çox silah istehsal edir. Altı ay ərzində Rusiya bütün Bundesverdə olduğundan daha çox silah istehsal edə bilər.
Avropa Parlamentində çıxışı zamanı komissar Rusiyanı “Avropa İttifaqı üçün ən böyük hərbi təhlükə” adlandırıb. O, Avropa İttifaqını Rusiya ilə mümkün qarşıdurmaya hazırlaşmağa və “hərbi qarşıdurma” potensialını artırmağa çağırıb.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 13 Dekabr 2024 21:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















