Avropa İttifaqının Mülki Missiyası təyinatını dəyişdi
Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
Avropa İttifaqı Ermənistana yeni missiya göndərəcək. Missiya Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirməli, strateji və praktiki məsləhətlər verməli, nazirliklərə və təhlükəsizlik qurumlarına dəstək göstərməlidir. Bu məsləhətləşmələr xarici informasiya manipulyasiyalarının aşkarlanması və onlara cavab verilməsi, kiberhücumlar və qeyri-qanuni maliyyə axınları ilə mübarizəyə yönələcək.
Aİ-nin yeni missiyasının Ermənistanda iki il müddətinə yerləşdirilməsi gözlənilir. 20-30 beynəlxalq işçidən ibarət missiya "Avropa İttifaqının tərəfdaşlıq missiyası" adı ilə fəaliyyət göstərəcək.
Qeyd edim ki, Avropa İttifaqı mülki Missiyası Azərbaycanla sərhəddə yerləşib. Artıq Ermənistanla Azərbaycan arasında de-fakto sülh bərqərar olub. Həmçinin 8 avqustda paraflanmış sülh sənədində üçüncü qüvvələrin sərhəddə yerləşməməsi qey edilib. Göründüyü kimi, Avropa İttifaqının milli missiyasının təyinatı dəyişilib.
Avropa İttifaqının Mülki Missiyası Rusiyanın Ermənistanda təxribatlarının qarşısını almağa çalışacaq.
Rusiyanın Ermənistanda seçkilərə müdaxilə etməsi və siyasi sabitliyi pozması gözlənilir. Ermənistan Avropa İttifaqı və Rusiya arasında geosiyasi rəqabət məkanına çevrilib. Rusiya Moldovada, Macarıstanda məğlub olub. Ermənistanda açıq şəkildə mübarizə aparır.
Rusiyanın Ermənistanda siyasi mübarizədə məğlub olması istisna deyil.
Məhəmməd Əsədullazadə , siyasi şərhçi
Bu mövzuda digər xəbərlər:Avropa İttifaqının kəşfiyyat missiyası
06 Fevral 2025 10:33
Avropa İttifaqının patrul missiyası Ermənistandan gedir?
19 Noyabr 2024 12:27
Avropa İttifaqının sərhəddəki missiyası başa çatmalıdır
12 Dekabr 2024 12:03
Avropa İttifaqının sərhəd missiyası ömrünü başa vurmalıdır!
27 Noyabr 2024 09:47
Avropa İttifaqının erməni missiyası: ikiüzlü, məkrli, yalançı
19 Dekabr 2024 11:47
Baxış sayı:194
Bu xəbər 22 Aprel 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















