Icma.az
close
up
RU
Avropa İttifaqının kəşfiyyat missiyası

Avropa İttifaqının kəşfiyyat missiyası

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir

Avropa İttifaqı (Aİ) Ermənistandakı missiyasının (EUMA) mandatını daha iki il müddətinə uzadıb.
Aİ Şurasının yanvarın 30-da yaydığı məlumata görə, İttifaq ölkələri EUMA-nın fəaliyyətinin 2027-ci ilin fevralın 19-dək uzadılması barədə razılıq əldə ediblər. Müşahidə missiyasına bu dövr üçün 44 milyon avrodan çox büdcə ayrılıb.
“EUMA Avropa İttifaqının regionda sülh və sabitliyin dəstəklənməsi səylərinin mühüm tərkib hissəsidir. Missiyanın məqsədi yerdəki vəziyyəti müşahidə etmək və hesabat vermək, münaqişədən təsirlənmiş ərazilərdə insanların təhlükəsizliyinə töhfə vermək, mümkün olduqca Ermənistan və Azərbaycan arasında etimadın yaradılmasına dəstək verməkdir”, məlumatda bildirilir.
Aİ Şurası həmçinin missiyanın vəzifələrinin dəyişməz olaraq qaldığını bildirib, EUMA-nın silahsız mülki missiya olduğunu və belə də qalacağını əlavə edib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan missiyanın mandatının uzadılmasını alqışlayıb.
“Missiya regionda sabitliyin dayaqlarından biri olduğunu sübut edib. Biz hər bir Aİ üzv dövlətinin dəstəyini və iştirakını yüksək qiymətləndiririk”, Mirzoyan X sosial şəbəkəsində yazıb.
Lakin bu missiyanın kəşfiyyat xarakter daşıdığı ortadadır. EUMA-nın bölgədə vəziyyəti gərginləşdirməyə xidmət etdiyini və “Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə istifadə olunduğu faktdır.
Hələ Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziyalara müsahibəsində Aİ-nin missiyasının müddətinin uzadılmasının etimadı möhkəmləndirmədiyini, əksinə, sarsıtdığını vurğulayıb.
“Bizimlə heç bir razılıq olmadan onlar nəinki bu missiyanın müddətini uzatdılar, sayını artırdılar, həm də Avropa İttifaqının üzvü olmayan ölkəni dəvət edərək mahiyyətcə etimadı qırdılar. Sonra, necə deyərlər, bu binoklla rüsvayçı nümayişlər, onlar yarıhərbi geyim və çəkmələr geyinir və oraya hansısa döyüşçülər kimi gedirlər”, Əliyev deyib.
Brüssel müşahidə missiyasının sərhədin Azərbaycan hissəsinə yerləşdirilməsini təklif etsə də, Bakı bunu rədd edib. Bakı həmçinin missiyanın mandatın uzadılması ilə bağlı təklifləri də rədd edib.
2022-ci ilin dekabrında Ermənistanın xarici işlər naziri Avropa İttifaqını bu ölkəyə mülki missiya göndərməyə dəvət edib. Aİ Şurası 2023-cü ilin yanvarında İrəvanın dəvətinə müsbət cavab verib və Aİ-nin Ermənistandakı missiyası 2023-cü il fevralın 20-də hazırkı iki illik mandatına başlayıb.
Aİ missiyanın məqsədinin guya bölgədə sabitliyə və etimad quruculuğuna töhfə vermək, Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etmək olduğunu qeyd edib.
Beləliklə, Aİ-nin Müşahidə Missiyasının regionda qalma müddəti rəsmi Bakının və digər region ölkələrinin razılığı alınmadan yenə uzadılır. Bu isə Avropa İttifaqının regionda yerləşmək, mövcudluğunu qalıcı etmək niyyəti güddüyünü göstərir. Ən əsası, region üçün kənar qüvvə olan Avropa İttifaqı Müşahidə Missiyasının 2027-ci ilə qədər bölgədə qalması XİN başçıları səviyyəsində təsdiqlənsə, bu, sülh danışıqları prosesinə ağır zərbə olacaq.
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov “Xalq Cəbhəsi”nə deyib ki,
Azərbaycanla Ermənistan arasında müzakirəsi davam etdirilən sülh sazişi layihəsində razılaşdırılmamış iki maddədən birinin məhz sərhəddəki üçüncü qüvvələrlə bağlı olduğu hər kəsə məlumdur. İndiki məqamda isə həmin "üçüncü qüvvə" rolunda çıxış edən əsas tərəf isə Avropa İttifaqının (Aİ) Azərbaycan – Ermənistan şərti sərhədinin Ermənistana aid hissəsində fəaliyyət göstərən dırnaqarası "mülki" müşahidə missiyasıdır.
O, qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxış və müsahibələrində dəfələrlə bildirib ki, Aİ-nin sözügedən yarımhərbi müşahidəçiləri sərhəd bölgəsindən çıxarılmalıdır. Lakin əfsuslar olsun ki, həm Brüssel, həm də İrəvan Ermənistan üçün "təhlükəsizlik çətiri" kimi nəzərdə tutulan Aİ missiyasının müddətinin uzadılması xəttini seçdilər: "Avropa İttifaqı ölkələrinin səfirlərinin ötən gün Brüsseldə keçirilən toplantısında qurumun Ermənistandakı müşahidəçi missiyasının müddətinin uzadılmasına qərar verilib. Missiyanın daha iki il, 2027-ci il fevralın 19-dək Ermənistanda qalması layihəsi təsdiq edilib. Bununla bağlı yayılan rəsmi açıqlamada bildirilir ki, missiyanın müşahidə zonası Naxçıvan bölməsi də daxil olmaqla, bütün Ermənistan-Azərbaycan sərhədi boyunca uzanacaq. Bu da o deməkdir ki, Aİ-nin casus missiyasının tez-tez durbinlərlə müşahidə etdiyi sərhədlərimiz boyunca Ermənistan ordusunun təxribatları bundan sonra da davam edəcək. Deməli, qarşıdakı iki il ərzində yekun sülh sazişinin imzalanması da yenə də ləngidiləcək və sabotaj ediləcək".
Onun sözlərinə görə, Aİ-nin mülki missiyası sülhyaratma missiyası deyil, sabotaj missiyası rolunda çıxış edir. Bu baxımdan, Aİ missiyasının fəaliyyət müddətinin daha 2 il uzadılması sözsüz ki, Azərbaycan-Ermənistan normallaşma prosesinə mənfi təsir göstərəcək və sülh danışıqlarını tormozlayacaq. Sülh danışıqları süründürməçi prosesə çevriləcək. Rəsmi İrəvan buna getməməliydi. Çünki regionda kənar oyunçuların mövcudluğu sülhə yox, eskalasiyaya zəmin yaradır. Ermənistan rəhbərliyi Aİ-nin qeyri-qanuni missiyasını prosesə cəlb etmək əvəzinə, Azərbaycanla birbaşa danışıqlar prosesinə üstünlük verməli, ikitərəfli format üçün etimad mühiti yaratmalıdır:
"Üçüncü tərəflərin sülh prosesinə fayda verməyəcəyi artıq tam bəllidir. Ona görə də rəsmi Bakı haqlı olaraq Aİ missiyasının müddətinin uzadılmasını qəbuledilməz hesab edir. Ermənistan Brüsselin bu qərarına "yox!" deməməklə sülh prosesinə növbəti dəfə ağır zərbə vurdu. Bu səhvin bədəlini də Ermənistan özü ödəyəcək".
Politoloq Elşən Manafov isə deyib ki, Ermənistan Avropa İttifaqının məlum komissiyasının Azərbaycanla həmsərhəd bölgələrdə monitorinq keçirməsini tərəflər arasında münasibətlərdə etimada, sərhəd bölgəsində təhlükəsizliyin təmin edilməsinə xidmət etdiyini bəyan edir, rəsmi Bakı isə fürqli düşünür: “Əvvəla, erməni tərəfi Aİ mülki müşahidəçi missiyasının mandat müddətini birtərəfli şəkildə, qarşı tərəflə razılaşdırmadan uzatmışdır, bu müddət 2025-ci ilin yanvarında başa çatırdı. Rəsmi Bakı mandat niqabı altında fəaliyyət göstərən bu missiyanın Azərbaycanla həmsərhəd bölgələrdə kəşfiyyat materialları topladığını, casusluq işi ilə məşğul olduğunu düşünür. Azərbaycanın sərhəddə təhlükəsizliyin möhkəmləndirilməsi məqsədi ilə gördüyü tədbirlər Aİ müşahidə missiyasi tərəfindən izlənilir, əldə edilmiş kəşfiyyat məlumatlarının isə Ermənistanın və Qərbin xususi xidmət orqanlarına öturulmələri istisna edilə bilməz”.
Politoloq Mirsamir Məmmədovun fikrincə, Avropa İttifaqının “mülki missiya”sı bu regiona gərginliyi artırmaq məqsədilə yerləşdirilib. Azərbaycan haqlı olaraq bu dırnaqarası mülki missiyasının sərhəddə yerləşməsinin əleyhinədir.
Ümumiyyətlə, Aİ missiyasının bu addımlarının əsas səbəbkarı rəsmi İrəvandır. Ermənistan hakimiyyəti bu cür addımları ilə regionda prosesləri öz xeyrinə dəyişməyə çalışır. Digər tərəfdən, Ermənistanda müəyyən kəsim Avropa İttifaqının missiyasından narazılıq edir. Çünki Ermənistanın təhlükəsizliyinin təmin edilməsi adı altında Avropa İttifaqı regionda möhkəmlənir, üstəlik, kəşfiyyat məlumatları toplayır. Erməni müxalifəti isə Aİ ilə Ermənistan arasında indiyə qədər heç bir hüquqi baza, ikitərəfli razılaşma olmadığı faktını qabardır. O, qeyd edib ki, Avropa İttifaqının “mülki missiya”sı bu regiona gərginliyi artırmaq məqsədilə yerləşdirilib. Azərbaycan haqlı olaraq bu dırnaqarası mülki missiyasının sərhəddə yerləşməsinin əleyhinədir. Dövlətimizin başçısı da bəyan edib ki, Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Məlumdur ki, həmin missiya sərhəddə kəşfiyyat məqsədilə fəaliyyət göstərir və təxribatlar törədir.
Onu da qeyd edək ki, Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının Azərbaycanla şərti sərhəddə avantürist addımları davam edir.
Bu dəfə daha bir qrup Qazax rayonu istiqamətinə gəlib.
Görüntülərdən aydın olur ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhədə yerləşdirilən Aİ missiyasının üzvləri durbinlə Azərbaycan ərazilərini müşahidə ediblər.
Qeyd edək ki, Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir. Rəsmi Bakı bu missiya ilə bağlı dəfələrlə narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.
Beləliklə də Aİ Ermənistanı açıq şəkildə müdafiə etməklə, hərbi potensialını möhkəmləndirməyə çalışmaqla mövcud vəziyyəti daha da çətinləşdirir, destruktib hərəkətləri ilə bölgədə sülhün əldə olunmasına mane olur. Bununla da Aİ revanşist erməni qüvvələrin faəliyyətinə rəvac verir. Ermənistanda yerləşdirilən Avropa İttifaqının “sülh missiyası” isə anti-sülh fəaliyyəti ilə gündəmdədir. Missiya açıq şəkildə anti-Azərbaycan bəyanatlar səsləndirir, Azərbaycan sərhədlərini nəzarət altında saxlamağa çalışır. Bu missiyanın arxasında heç də saf niyyət dayanmır.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 06 Fevral 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see336

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see215

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see214

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see176

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see141

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see141

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see138

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see136

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see136

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see132

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see127

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Şuşa şəhərinə gəliblər

15 Oktyabr 2025 18:02see125

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see125

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see123

7 milyard ayrıldı, Ukraynada 500 sığınacaq qurulur

15 Oktyabr 2025 01:22see122

Şarm əl Şeyx sammiti: Yaxın Şərq üçün yeni tarix

15 Oktyabr 2025 12:20see121

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see121

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see120

ABŞ də şatdauna son qoymaq cəhdi növbəti dəfə nəticəsiz qaldı

15 Oktyabr 2025 04:46see120

ABŞ Senatı respublikaçıların maliyyə qanun layihəsini səkkizinci dəfə rədd edib

15 Oktyabr 2025 03:14see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri