Avropa İttifaqının Rusiyadan idxalı Ukraynaya yardımından artıqdır İsveç XİN başçısı
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avropa İttifaqının Rusiyadan idxalı Ukraynaya yardımından artıqdır.
Redaktor.az xəbər verir ki, bu bəyanatı İsveçin Xarici İşlər naziri Maria Malmer Stenerqard verib.
Nazir Avropa İttifaqı Şurasının iclasından əvvəl mətbuat qarşısına çıxaraq Ukraynaya ayrılan yardım və Rusiyadan idxal olunan məhsulların həcmini əks etdirən cədvəli təqdim edib.
Nazirin açıqlamasına görə, Rusiyanın tammiqyaslı təcavüzündən bəri Avropa İttifaqı Ukraynaya 187 milyard avro yardım ayırıb. Lakin, eyni müddət ərzində Rusiya neft və qazının Aİ-yə idxalı 201 milyard avro, digər idxal məhsullarla birgə isə 311 milyard avro təşkil edib.
“Bu, sadəcə utancvericidir. İndi hamı sülh danışıqlarından danışır, lakin Ukraynaya dəstəyimizi artırmadan və Rusiyaya təzyiq göstərmədən ağlabatan sülh danışıqları mümkün olmayacaq. Çox yaxşı bir təşəbbüs də dondurulmuş aktivlərin Ukraynanın xeyrinə istifadə olunmasıdır”, Stenerqard bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 20 Noyabr 2025 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















