Icma.az
close
up
RU
Avropa İttifaqının sərhədlərimizdə müşahidə adı altında casus şəbəkəsi

Avropa İttifaqının sərhədlərimizdə müşahidə adı altında casus şəbəkəsi

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Aİ-nin casus missiyasının Ermənistanda yerləşdirilməsinin daha 2 il müddətinə uzadılmasını təklif edib,- Ali Nümayəndəliyin mətbuat xidməti xəbər verir. “Üzv dövlətlər bu təklifi dəstəkləyiblər və hazırda Aİ Şurasının müvafiq orqanları ilə lazımi hüquqi aktları müzakirə edirlər. Şuranın müddətin uzadılması ilə bağlı qərarının yaxın günlərdə qəbul edilməsi gözlənilir”,- deyə mediaya açıqlamada bildirilib.

Xatırladaq ki, Bakı Aİ missiyasını casusluqda və regionda sabitliyi pozmaqda ittiham edir, ondan şərti sərhəddə dağıdıcı fəaliyyətini dayandırmağı tələb edir.

Lakin, Avropa İttifaqı Ermənistanın Azərbaycanla şərti sərhədində missiyasını uzatmaq istəyir və bu, İrəvanın Qərbə doğru sürüklənməsi, yenidən silahlanması və ölkənin gələcəkdə Avropa İttifaqına daxil olması ilə bağlı qanunvericilik dəyişiklikləri hazırlaması fonunda baş verir. Brüssel iddia edir ki, “Aİ-nin Ermənistandakı nümayəndələrindən ibarət bu qrupun mandatı son dərəcə aydındır: Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti izləmək və hesabat vermək, həmçinin Ermənistan və Azərbaycan arasındakı münaqişənin həlli üçün Aİ-nin səylərini asanlaşdırmaq”. Amma bu həqiqətən doğrudurmu? Yoxsa Aİ-nin regionumuzdakı müşahidəçi missiyasının yeganə funksiyası bu deyil?

Ekspertlər bununla bağlı fikirlərini “Caliber” analitik mərkəzinə açıqlamasında izah ediblər. Şərhləri oxucularımıza təqdim edirik.

Rusiyalı politoloq və Xəzər Strateji Araşdırmalar İnstitutunun eksperti Aleksandr Karavayev qeyd edib ki, burada vəziyyət həqiqətən də mürəkkəbdir.

“Bakı üçün müşahidəçilərin qərəzsiz olacağına zəmanət yoxdur. Belə bir missiyanın məqsədi Azərbaycanın sərhəd təhlükəsizliyi və nəzarət sisteminin qurulması istiqamətində gördüyü işlər barədə məlumat toplamaqdır. Bu məlumatın erməni hərbçilərinə ötürülməyəcəyinə zəmanət haradadır? Axı heç bir sülh müqaviləsi imzalanmayıb- bu aydın məsələdir.

İkincisi, Ermənistanın artan hərbi potensialı ilə bağlı Bakının narahatlığını aradan qaldıracaq mexanizm yoxdur. Üstəlik, region ölkələri arasında regional balanslara, məqsədəuyğunluğa və həmrəyliyə əsaslanmaq strategiyasına uyğun gələn “3+3” platformasında belə bir mexanizmlə bağlı danışıqlar belə aparılmır.

Ona görə də belə çıxır ki, bu missiya bir tərəfdən Azərbaycanın sərhəd təhlükəsizliyi sistemi üçün risklər yaradır- Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin təhlili üçün səhra məlumatlarının toplanması. Digər tərəfdən, bu, xarici “mövcudluq” xidmətlərinin tətbiqi üçün zəmin yaradır. Bakının buna qətiyyən ehtiyac yoxdur. İndi 90-cı illər deyil.

Eyni zamanda, zərər çəkmiş Azərbaycan icmalarına kompensasiya verilməsi məsələləri- Sünik rayonundan, Meqri rayonundan (Zəngəzur- red.) olan qaçqın və deportasiya edilmiş şəxslərin taleyi avropalı diplomatları maraqlandırmır”,- Karavayev xatırladıb.

Beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə öz növbəsində bildirib ki, təcrübənin göstərdiyi kimi, bir çox mənbələrin və beynəlxalq təcrübənin təsdiq etdiyi kimi, adətən münaqişə tərəfləri (bizim halda, keçmiş münaqişə) münasibətləri tənzimləmək missiyasını həyata keçirmək üçün özləri moderatorlara, vasitəçilərə müraciət edirlər. Ən azı, son onilliklərdə münaqişələrin tənzimlənməsi təcrübəsi bunu sübut edir.

“Ancaq görün, Avropa İttifaqı ilə nə baş verir. Keçmiş münaqişə tərəflərindən biri olan Azərbaycan Avropa İttifaqından, eləcə də digər mümkün moderatorlardan danışıqlar prosesinə müdaxilə etməməyi xahiş edib və münaqişədən sonra qalan bütün məsələlərin həlli üçün Ermənistanla ikitərəfli danışıqların aparılmasının zəruriliyini qeyd edib.

Amma bizim vəziyyətimizdə Aİ-nin hərəkətləri, yumşaq desək, çaşdırıcıdır. Yəni, qalan məsələlərin həllinə yardım etmək üçün- xüsusən də Azərbaycan tərəfindən dəvət olunmayıb. Niyə bu qədər israr edirlər ki, bu nizamlanma onların iştirakı ilə baş tutsun? Bundan əlavə, maraqlı tərəflərdən biri bu xidmətlərdən imtina edərsə, bu, Avropa vasitəçiliyinin arzuolunmaz olduğunu açıq şəkildə ortaya qoyur. Amma Avropa İttfaqının bu cür müdaxiləsi, birincisi, buna dəyər vermir. İkincisi, bu, qalan problemləri həll etməkdənsə, onların həlli istiqamətində diplomatik səyləri sarsıtmağa daha çox töhfə verir”, ekspert hesab edir.

Fakt budur ki, Aİ-nin Avropa monitorinq missiyası Azərbaycan tərəfində çoxlu suallar yaradır, o deyir.

“Brüssel nümayəndələrinin verdiyi cavablar isə Azərbaycan tərəfini qane etmir. Ona görə də belə şəraitdə Avropa müşahidəçi missiyasının fəaliyyəti bu qətnaməyə töhfə verməkdənsə, vəziyyətin nizamlanması səylərini sarsıdır.

İrəvanın mövqeyinə gəlincə, burada hər şey aydındır. Ermənistan Avropa İttifaqını razı salmaq istəyir, Brüsselə mümkün qədər sadiq qalmaq istəyir və Aİ-nin regionda, o cümlədən hərbi və siyasi baxımdan mövqelərini gücləndirmək üçün hər şeyi edəcək. Və missiyanın fəaliyyəti məhz Aİ-nin hərbi-siyasi mövqelərinin gücləndirilməsinə yönəlib. Bunun, necə deyərlər, (yenə də tərəflərdən birinin bu müşahidə missiyasının iştirakına qəti şəkildə qarşı olduğu şəraitdə) vəziyyətin həllinə kömək etməklə heç bir əlaqəsi yoxdur.

Və çox təəssüfləndirici haldır ki, Aİ nümayəndələri bu missiyanın fəaliyyətinin genişləndirilməsi və funksionallığının gücləndirilməsi ilə bağlı məsələlərin həyata keçirilməsində israrlı olmaqda davam edirlər. Yenə də Azərbaycan tərəfi hesab edir ki, onun fəaliyyəti Bakının maraqlarına qarşı yönəlib. Və yəqin ki, Aİ Azərbaycan tərəfinin narahatlığını nəzərə alaraq, bu missiyaya münasibətini dəyişib, onu ləğv etsə, daha məntiqli olardı”, - deyə Vəlizadə məsləhət görüb.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:288
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Yanvar 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri