Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Müşahidə missiyası, yoxsa casus şəbəkəsi...

Müşahidə missiyası, yoxsa casus şəbəkəsi...

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz

Müasir dövrün geosiyasi xəritəsi diplomatik danışıqlar, əməkdaşlıqlarla yanaşı, həm də konkret nəqliyyat-kommunikasiya layihələri və regional təhlükəsizlik formatları üzərindən müəyyən olunur. Xüsusilə də 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar Cənubi Qafqazda güc balansını dəyişib, regionun yeni düzənini formalaşdırıb. Bu düzəndə Azərbaycanın müstəqil siyasəti, öz sərhədlərinə və ərazi bütövlüyünə sahib çıxmaq iradəsi ilə yanaşı, geniş, beynəlxalq miqyaslı əməkdaşlıq platforması formalaşdırmaq niyyəti də açıq şəkildə ortaya qoyulur. Ölkəmizin yeni siyasi-iqtisadi nizamın güclənməsinə əsas töhfəsi sayılan və nəqliyyat logistikası baxımından ən mühüm prioritetlərdən birinə çevrilən Zəngəzur dəhlizi layihəsi tək ticari deyil, həm də siyasi əhəmiyyət daşıyan strateji bir xəttdir. Bu dəhliz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək, eyni zamanda daha geniş Avrasiya nəqliyyat arteriyasına çevriləcək layihədir. Bu mənada dəhliz yalnız Azərbaycan üçün deyil, eyni zamanda bölgədə sülh və əməkdaşlıq mühitinin bərqərar olması üçün vacib alət sayılır. Lakin Ermənistanın süni şəkildə yaratdığı maneələr, Qərbdən aldığı bəzi təlimatlar artıq bir neçə ildir ki, layihənin reallaşmasına çətinliklər yaradır - həm Zəngəzur dəhlizi məsələsinə, həm sülhün repallaşmasına, həm də regional təhlükəsizliyə təhdid kimi ən ciddi problemlərdən biri isə Aİ-nin Ermənistana göndərdiyi və zahirən müşahidə missiyası kimi təqdim olunan, əslində isə peşəkar casus şəbəkəsinə çevrilmiş qruplardır. Onların fəaliyyəti artıq təkcə Azərbaycanın deyil, regiondakı digər böyük dövlətlərin də narahatlığına səbəb olur.

Heç bir geopolitik layihədə vasitəçi mexanizmlərinə yer verilmir

Son dövrlərdə Zəngəzur dəhlizinin icrası ilə bağlı müəyyən informasiyalar yayılıb - Ermənistanın siyasi rəhbərliyi öz ərazilərində dəhlizə nəzarət mexanizmi ilə bağlı ABŞ şirkətindən təklif aldığını bildirir.

Zəngəzur dəhlizinin icrası ilə bağlı Azərbaycanın mövqeyi isə birmənalıdır: bu, ölkənin suveren ərazisində həyata keçiriləcək milli layihədir. Azərbaycan öz ərazisində heç bir xarici operatorun, nəzarət mexanizminin və ya icarə formasında fəaliyyət göstərən üçüncü tərəfin iştirakını qəbul etmir və etməyəcək. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanın siyasəti müstəqillik və suverenlik üzərində qurulub və heç bir geopolitik layihədə vasitəçi mexanizmlərinə yer verilmir.

Vurğulandığı kimi, Azərbaycan bu məsələdə prinsipialdır: əgər Ermənistan dəhlizin açılmasına real töhfə vermək istəyirsə, bunu heç bir şərt və şərik olmadan etməlidir. Ermənistanın hansı operatoru, ölkəni və ya tərəfdaşı cəlb etməsi onun öz seçimidir. Amma Azərbaycan ərazisində, xüsusilə Zəngəzur dəhlizi boyunca heç bir kənar nəzarət mexanizmi qəbul edilə bilməz. Prezident İlham Əliyev Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə də bildirib ki, Amerika şirkətinin Zəngəzur dəhlizini bir növ icarəyə götürməsi, bu, Ermənistan rəhbərliyinə ünvanlanmalıdır: “Bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz”.

Aİ müşahidə missiyası - casus şəbəkəsinin diplomatik örtüyü

Bəli, Ermənistanın fərqli üsullarla sülh və sabitliyin bərpasını gecikdirməsi sübuta ehtiyacı olmayan bir aksiomadır. Ölkəmizin irəli sürdüyü sülh və Zəngəzur dəhlizinin açılması təşəbbüslərinin qarşılığında Ermənistanın Aİ müşahidə missiyasını sərhədə dəvət etməsi və bu qurumun görünən müşahidə adı altında əslində casusluq fəaliyyəti ilə məşğul olması bir çox suallar yaradır. Bu missiya ilə bağlı açıqlamalarda zaman-zaman onun strukturundan, üzvlərinin hansı hərbi birləşmələrdə hərbi xtidmət keçməsindən geniş ictimaiyyət xəbər tutub. Hətta onların nəinki Azərbaycan - Ermənistan münasibətlərinin tənzimlənməsi prosesinə maneçilik törətməsi, paralel olaraq regionda baş verən proseslərə də casus baxışı ilə yanaşması sirr deyil. Məsələn, bu missiyanın üzvlərinin son İran-İsrail gərginliyi fonunda İran sərhədi boyunca intensiv şəkildə hərəkət etməsi, hərbi və geostrateji koordinatları izləməsi bu fəaliyyətin arxasında hansı məqsədlərin dayandığını açıq göstərir. Onlar binokl və digər texniki avadanlıqlarla bütün regiona, eyni zamanda Azərbaycan ərazisinə də “baxırlar”. Bu məsələyə toxunan Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan artıq dırnaqarası “Avropa müşahidəçiləri”ni də sərhədə dəvət edib: “Onlar sərhəddəki peşəkar casuslardır və İrana qarşı casusluq fəaliyyəti aparırlar. Xüsusilə də bu son İran-İsrail münaqişəsi zamanı onlar İran sərhədi boyu hərəkət edirlər. Düzdür, onlar binokl vasitəsilə bizə də baxırlar, ancaq biz də öz ərazimizdən onları izləyirik. Sabah Ermənistan istənilən ölkəni, tərəfi də dəvət edə bilər”.

Bəli, proseslərin axarı göstərir ki, Ermənistan sabah istənilən başqa ölkəni - istər NATO üzvünü, istərsə də digər regional oyunçuları bölgəyə, öz ərazisinə  dəvət edə bilər. Azərbaycan isə öz sərhədində və suveren ərazisində bu cür təsirlərə və təzyiqlərə imkan vermir və verməyəcək. Regionda sülhün və sabitliyin təmin olunması üçün birtərəfli, qərəzli missiyalar deyil, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq vacibdir.

Maneəsiz və təhlükəsiz keçid haqqı

Zəngəzur dəhlizinin ən mühüm məzmunu ondan ibarətdir ki, Azərbaycanın əsas ərazisindən Naxçıvana maneəsiz və təhlükəsiz keçid təmin edilsin. Bu hüquq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə əsaslanır və beynəlxalq hüququn müddəalarından irəli gəlir. Bu, eyni zamanda Ermənistan üçün də iqtisadi və siyasi fayda verə biləcək bir layihədir. Lakin Ermənistanın daxili siyasi çəkişmələri, fərqli destruktiv mərkəzlərin yaratdığı intriqalar prosesin qarşısını alır. Vurğulandığı kimi, Azərbaycan üçün əsas məqsəd dəhlizin açılmasıdır. Amma bu keçid Azərbaycanın milli maraqlarının təmin olunması şərti ilə səsləşməli, bölgənin gələcəyi üçün də sabitliyin əsas şərti kimi çıxış etməlidir. Prezident İlham Əliyev forumda çıxışında da bildirib ki, “Bizim üçün isə ən başlıca məsələ odur ki, - mən Əbu-Dabidə həmkarıma dedim, - bizim Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır”.

Bəli, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan prinsipial mövqeyindən geri çəkilməyəcək. Ermənistan bu məsələdə istənilən manevr etsə də, Azərbaycanın iradəsi, beynəlxalq hüquqa əsaslanan mövqeyi və strateji maraqları bu layihənin gerçəkləşəcəyini göstərir. Qərbin “müşahidə” adı altında bölgəyə yerləşdirdiyi casus şəbəkələri isə nə regional təhlükəsizliyə, nə də sülhə xidmət edir. Azərbaycan həm nəqliyyat layihələrində, həm də sərhəd təhlükəsizliyində suveren qərar sahibi olaraq bu istiqamətdə bütün imkanlarını səfərbər edir. Bu, gələcək Cənubi Qafqaz nizamının əsas sütunu olacaq.

P.İSMAYILOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 İyul 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see333

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see270

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see262

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see260

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see241

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see239

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see237

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see234

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see227

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see224

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see222

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see216

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see215

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see201

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see200

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see194

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see187

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see182

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see171

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri