Avropa Komissiyası Gürcüstana qarşı əlavə tədbirləri nəzərdən keçirəcək
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Avropa Komissiyası Gürcüstan hakimiyyətinin demokratik yola qayıtması üçün əlavə tədbirləri nəzərdən keçirəcək.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Anitta Hiper bildirib.
Onun sözlərinə görə, Gürcüstanda demokratiya, azadlıq və Avropa İttifaqının dəstəklədiyi dəyərlər baxımından vəziyyətin yaxşılaşması ilə bağlı əlamətlər görünmür.
"Gürcüstanda istər vətəndaş cəmiyyəti, istərsə də söz azadlığı baxımından mövcud vəziyyətdə heç bir irəliləyiş əlaməti müşahidə olunmur. Siyasi kontekstə gəldikdə, biz Gürcüstanla siyasi münasibətlərin səviyyəsini aşağı salmışıq. Gürcüstan hökumətinə bütün birbaşa yardımları da dayandırmışıq və diplomatlar, yüksək vəzifəli məmurlar və onların ailə üzvləri üçün vizasız səfər rejimini ləğv etmişik", - Anitta Hiper əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 06 Fevral 2026 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















