Avropa Komissiyası HƏMAS ın 10 nümayəndəsinə qarşı sanksiyalar təklif edib
Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropa Komissiyası kollegiyasının bu gün keçirilən iclasında təsdiqlənən fərdi sanksiyalar təklifləri arasında HƏMAS-ın siyasi bürosunun 10 üzvü var.
Adalet.az-ın məlumatına görə, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.
Onların arasında həm Qəzza və Qərb sahilində, həm də digər ölkələrdə olan şəxslər var.
Avropa Komissiyasının izahına görə, bu cür sanksiyalar həm onların əmlakının və digər aktivlərinin dondurulmasına, həm də ittifaq ərazisinə girişin qadağan edilməsini əhatə edir.
HƏMAS daha əvvəl Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınıb.
Qərar qüvvəyə minməsi üçün Avropa İttifaqı Şurası tərəfindən təsdiqlənməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 17 Sentyabr 2025 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















