Avropa Komissiyası Rusiyaya qarşı 17 ci sanksiyalar paketini hazırlayıb
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avropa Komissiyası Rusiyaya qarşı daha geniş şəbəkəni əhatə edəcək 17-ci sanksiyalar paketini hazırlayıb.
APA xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Sanksiyalar çərçivəsində Rusiya neftini daşıyan donanmaya qarşı məhdudiyyətləri gücləndirmək, yəni sanksiyalara məruz qalan gəmilərin sayının iki dəfə artırmaq nəzərdə tutulduğu bildirilir.
Belə ki, sanksiya siyahısına 60 fiziki və hüquqi şəxsin, 150 gəminin əlavə edilməsi təklif edilir. Bu zaman sanksiyaya məruz qalan gəmilərin ümumi sayı 300-ü keçə bilər.
Məlumata görə yeni məhdudiyyətlərin tətbiqi və ya bu addımdan imtina ilə bağlı yekun qərarı mayın 20-də Brüsseldə Avropa İttifaqının xarici işlər nazirləri verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 06 May 2025 21:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















