Icma.az
close
up
RU
Avropa Komissiyası Rusiyaya qarşı yol xəritəsini təqdim edəcək

Avropa Komissiyası Rusiyaya qarşı yol xəritəsini təqdim edəcək

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropa Komissiyası (AK) çərşənbə axşamı 2027-ci ilin sonuna qədər Rusiya qazından mərhələli şəkildə imtina etməyə dair yol xəritəsini təqdim edəcək.
 

Sfera.az “Reuters” nəşrinə istinadən xəbər verir ki, rəsmilərin bildirdiyinə görə, sənəddə iyun ayında “2025-ci ilin sonuna qədər Rusiya ilə yeni qaz idxalı və spot bazar sövdələşmələrinin qadağan edilməsi” ilə bağlı təklifin irəli sürülməsi planlaşdırılır. Bundan əlavə, 2027-ci ilin sonunadək qüvvədə olan müqavilələr çərçivəsində Rusiya qazının və mayeləşdirilmiş təbii qazın (LNG) idxalına hüquqi qadağa qoyulmasına dair təklifin hazırlanması da nəzərdə tutulur.

Avropa Komissiyasının sözçüsü Stefan de Keersmaecker Brüsseldə keçirilən brifinqdə bildirib ki, Rusiya enerjisindən necə xilas olunacağına dair bu yol xəritəsi rəsmi olaraq mayın 6-da təqdim olunacaq.

Qeyd edək ki, Avropa İttifaqı 2022-ci ilin mayında Rusiya qazından asılılığı azaltmaq üçün “REPowerEU” adlı enerji proqramını başladıb. 2022-ci ilə qədər Aİ enerji ehtiyaclarının təxminən 40%-ni Rusiyadan təmin edirdi. Bu göstərici 2023-cü ildə 15%-ə qədər düşsə də, 2024-cü ildə yenidən artaraq 19%-ə yaxınlaşıb ki, bu da Brüsseldə narahatlığa səbəb olub.

Sənədin detalları hələlik məxfi saxlanılır və dərc olunmazdan əvvəl dəyişikliklər edilə bilər. Aİ-nin enerji təhlükəsizliyi və geosiyasi risklərə qarşı strategiyası fonunda bu planın əhəmiyyətli dönüş nöqtəsi ola biləcəyi vurğulanır.

Fidan Hacızadə
Sfera.az

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://sfera.az
archiveBu xəbər 06 May 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see217

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see192

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see181

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see139

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see134

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see132

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri