Icma.az
close
up
RU
Avropa liderləri çaşqınlıq içindədir VİDEO

Avropa liderləri çaşqınlıq içindədir VİDEO

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Financial Times” (FT) nəşrinin yazdığına görə, ABŞ-nin müttəfiqləri Vaşinqtondan daha sərt mövqe gözləyirdilər. Lakin Amerika prezidenti açıq şəkildə bildirdi ki, Rusiyaya təzyiqi artırmağa lüzum görmür.
- Bəzi Avropa liderləri ABŞ prezidenti Donald Trampın telefon danışığından sonra Vladimir Putinlə əldə olunan razılaşmaları açıqlamasından şoka düşüblər. Məsləhətləşmələrin iştirakçıları Amerika liderinin təqdimatını “heyrətləndirici” hesab ediblər”, - qəzet yazır.
Qeyd edək ki, dünən Donald Tramp rusiyalı həmkarı ilə iki saatdan çox telefon söhbətindən sonra Moskva və Kiyevin tezliklə danışıqlara başlayacağını açıqlayıb. Onun sözlərinə görə, şərtləri “təfərrüatlar haqqında müstəsna məlumatı olan” tərəflər özləri hazırlamalıdır. Tramp Putinlə danışıqları “yaxşı” adlandırıb və “bəzi irəliləyişlərin” əldə olunduğunu qeyd edib.
Vladimir Putin də, öz növbəsində, Ukrayna ilə gələcək sülh sazişinin parametrlərini müəyyənləşdirə biləcək memorandum üzərində işləməyə hazır olduğunu açıqlayıb. Onların arasında Rusiya prezidenti nizamlanma prinsiplərini, sazişin bağlanması üçün mümkün olan müddətləri, razılıq əldə edildikdən sonra müvəqqəti atəşkəs rejimini göstərib.
Putinlə söhbətdən sonra isə, Tramp Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts, İtaliyanın baş naziri Corca Meloni, Finlandiya prezidenti Aleksandr Stubb və Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen də daxil olmaqla Avropa liderlərinə zəng edib.
“ABŞ-nin müttəfiqləri Trampın Putinlə söhbətinin nəticəsinə nə qədər yumşaq yanaşmasından çaşıblar. Onlar Vaşinqtondan Rusiyanın enerji və maliyyə sektorlarına yeni məhdudiyyətlər də daxil olmaqla, sanksiyaların sərtləşdirilməsi siyasətini təklif edəcəyini gözləyirdilər. Lakin Amerika lideri, əksinə, açıq şəkildə deyib ki, o, hazırda Moskvaya iqtisadi təzyiqləri artırmağı lazım bilmir”, - “FT” vurğulayır.
Avropa Kremldən deeskalasiya əlamətlərinin olmadığı halda Trampın yeni sərt sanksiyaların tətbiqinə razılıq verəcəyini gözləyirdi. Amma bu baş vermədi. ABŞ prezident administrasiyası əvvəlki kimi Rusiyaya təzyiqlərin artırılması mövzusunda birbaşa bəyanatlardan yayınır.
Mart ayında Kiyevə silah tədarükünü dayandıran və sonra ABŞ-ni danışıqlarda mümkün vasitəçi kimi təklif edən Trampın münaqişə başlayandan bəri mövqeyi dəyişkən olub. Eyni zamanda, Ağ Ev Konqres tərəfindən təklif edilən sanksiyalar da daxil olmaqla, onların genişləndirilməsi təşəbbüslərini hələ də dəstəkləməyib.
Ukraynaya “Taurus” raketləri verilməyəcək Trampla söhbətdən dərhal sonra Almaniya hökuməti Aİ ölkələrinin Rusiyaya qarşı sanksiya təzyiqlərini artırmaq niyyətində olduğunu açıqlayıb. Almaniya hökumətinin mətbuat katibi Stefan Korneliusun iddiasına görə, söhbət iştirakçıları Moskvaya qarşı yeni tədbirlərə hazır olduqlarını təsdiqləyiblər.
- Avropalı iştirakçılar sanksiyalar vasitəsilə Rusiya tərəfinə təzyiqi artıracaqlarını bəyan etdilər”, - Almaniya hökumətinin rəsmi nümayəndəsi bildirib.
Lakin Kornelius hansı sanksiyalardan danışdığını dəqiqləşdirməyib. O, söhbətin Aİ-nin artıq bu həftə təsdiq edə biləcəyi 17-ci məhdudiyyətlər paketindaən və ya əlavə təşəbbüslərdən getdiyinə aydınlıq gətirməyib.
Almaniya kansleri Fridrix Merts isə, daha əvvəl Rusiyanın dondurulmuş aktivlərinin mümkün müsadirəsindən, bank və enerji sektorlarına yeni məhdudiyyətlərdən danışmışdı. Berlin həmçinin vurğulayıb ki, Avropa danışıqlar və Moskvaya təzyiq məsələlərində ABŞ ilə hərəkətləri əlaqələndirməyə davam edəcək.
Amma, maraqlıdır ki, bir neçə gün əvvəl Fridrix Merts “ZDF” telekanalına müsahibəsində Berlinin Kiyevi uzaqmənzilli “Taurus” qanadlı raketləri ilə təchiz etmək planı olmadığını vurğulayıb. Halbuki, kansler postuna seçilməzdən əvvəl Merts Ukraynanın bu raketlərlə bağlı xahişlərini nəhayət yerinə yetirəcəyinə eyham vurmuşdu.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://azvision.az
archiveBu xəbər 20 May 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri