İran ABŞ yə yeddigünlük plan təklif etdi
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İran diplomatiyanın uğur qazanması üçün imkan yaratmağa davam edir, eyni zamanda, ölkənin silahlı qüvvələri vətəni müdafiə etməyə tam hazır vəziyyətdədir.
Bakıvaxtı.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində yazıb.
“Şücaətli silahlı qüvvələrimiz vətəni müdafiə etməyə tam hazır olsa da, İran diplomatiyaya uğur qazanmaq üçün şans verməyə davam edir. Yeddi günlük planımızın bir həftədən də az müddətdə həyata keçirilməsini təmin edə biləcək ideyaları müzakirə etmək üçün vasitəçilərlə sıx və daimi əlaqə saxlayırıq”, – deyə nazir bildirib.
Sentyabrda Abbas Əraqçi Tehranın ABŞ-yə hərbi əməliyyatların dayandırılmasını, Hörmüz boğazının açılmasını və nüvə proqramı ilə bağlı hərtərəfli danışıqlara başlanılmasını nəzərdə tutan yeddi günlük plan təklif etdiyini açıqlayıb.
Nazirin sözlərinə görə, təklif olunan şərtlər İran və ABŞ arasında iyun ayında əldə edilmiş, qısamüddətli atəşkəsə imkan yaratmış, lakin iyulun əvvəlində qüvvədən düşmüş memorandumun müddəalarına yaxındır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 29 Oktyabr 2026 00:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















